PDF Oxu

Siyasət

  • 1 415

Dövlətimiz erməni vandalizminə, barbarlığına şahid olmuş Qarabağı cənnətə çevirəcək ŞƏRH

Dövlətimiz erməni vandalizminə, barbarlığına şahid olmuş Qarabağı cənnətə çevirəcək ŞƏRH

Dövlətimiz erməni vandalizminə, barbarlığına şahid olmuş Qarabağı cənnətə çevirəcək və bu Prezident İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində işğaldan azad olunmuş ərazilərdə quruculuq, bərpa işləri aparılır. Artıq bu gün Xankəndidə keçmiş separatçılar tərəfindən tikilən binalarda separatizmin izləri silinir. Ən hiddət doğuran odur ki, Ermənistan yenə də məsələyə siyasi don geyindirərək qarayaxma kampaniyası ilə məşğuldur. Ancaq işğalçı erməni və onun hpvadarları anlamalıdırlar ki, onların tiklikləri binaların heç bir əhəmiyyəti yoxdur və bu binalar seperatizmin göstəricisidir.

Eyni zamanda, o zaman 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin vandallığının izlərini açıq-aydın görmək mümkündür. Hayların işğal etdikləri ərazilərimizdə törətdikləri kütləvi vandalizm aktları Ermənistandakı etnik psixoloji vəziyyəti özündə ehtiva edir. Və vandal ermənilərin bu niyyətlərini gözlərində qoymaq üçün xunta rejiminin işğal dövründə Xankəndidə inşa etdiyi binaların sökülməsinə başlanılıb. Xüsusilə də, “Parlament” adlanan bina Azərbaycana qarşı işğal və soyqırımı planlarının cızıldığı və qərarların qəbul olunduğu terrorçu yuvası olub, YERKRAPA isə terrorçu dəstədir və minlərlə azərbaycanlının ölümündə əli var. Digər tərəfdən, haradan baxsan, bu tikililər qanunsuzdur. Azərbaycanda hazırda çox mühüm tarixi proseslər yaşanır. Ölkəmizin ərazisində ikinci erməni dövləti qurmaq istəyən xunta rejiminin rəhbərləri ötən il antiterror tədbirləri nəticəsində bir-bir həbs olundular. İndi isə onların səpdikləri separatizm toxumları məhv edilir. Mənfur düşmənin daha bir tikilisi – üstdən baxdıqda xaç formasında inşa edilmiş “veteranlar” binasının da sökülməsi işlərinə başlanılıb. Və bu yerdə onlara bir daha xatırlatmaq lazımdır ki, həyasızcasına başqa dövlətin ərazisinə soxulub, orada kütləvi qırğınlar, vandalizm aktları törədən, separatizm siyasəti həyata keçirənlərə hansı üzlə veteran adı veriblər?! Artıq illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə onların qanun qarşısında cavab vermək zamanıdır.

Azərbaycan dövləti daim tolerant siyasət yürüdərək Qarabağdakı separatizm qalıqlarını diplomatik yolla təmizləmək istəyini bütün beynəlxalq platformalarda bəyan edib. Lakin buna məhəl qoymayan Ermənistan hakimiyyəti və başda Makron Fransası olmaqla onun havadarları məsələnin ciddiliyini, Azərbaycanın gücünü və Prezident İlham Əliyevin iradəsini nəzərə almamaqla böyük səhvə yol veriblər.

Prezident İlham Əliyev: “Mənim sözüm imzam qədər qüvvətlidir!”

Prezident İlham Əliyev həmişə çıxışlarında “mənim sözüm imzam qədər qüvvətlidir”,-deyir. Və işğaldan azad olunmuş torpaqlara səfərləri və qısa bir zaman kəsiyində görülən uğurlu işlər və həyata keçirilən layihələr məhz Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir! "Mənim sözüm imzam qədər qüvvətlidir!",- deyən Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk gündən həyata keçirdiyi siyasət isə respublikamızın davamlı yüksəlişini, möhkəmlənməsini, qüdrətlənməsini təmin edib. Bu inkişaf kompleks xarakter daşıyaraq cəmiyyət həyatının bütün sahələrində yüksəlişə yol açıb. Və bu gün erməni vandalizminin əsirlikdə olan şahidləri - Güllələnmiş büstlər doğma Vətənindədir. Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfərləri zamanı dediyi kimi: «Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar...Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Milli ruhumuzun təcəssümü olan şəxsiyyətlərin, xüsusən Üzeyir bəyin büstünün Qafqazın incisi, mədəniyyətimizin beşiyi olan Şuşaya qaytarılması yeni milli mədəni intibahımızın rəmzi olacaq".

Fransada Natəvanın heykəlinə qarşı vandalizm Fransanın gerçək simasıdır

Ən əsası isə, Qarabağın sonuncu varisi – Xan qızı Natəvanın ürəkdağlayan yadigarı - Şuşadakı evinə baxanda ancaq qəzəb və təəssüf hissi keçirmək mümkündür. Ermənilərin Şuşada törətdikləri vandallığı isə Xurşidbanunun timsalında bütün dünya mədəni irsinə qarşı vəhşilik adlandırmaq olar. Dahilərin xatirələri tək əlyazmalarında, qoyub getdikləri əsərlərdə deyil, həm də ömürlərini keçirdikləri mənzillərdə də yaşayır. Təəssüf ki, indi Xan qızının Şuşadakı evinə baxanda ancaq qəzəb və təəssüf hissi keçirmək mümkündür.

Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı vandallıq Qərbdə radikallaşmanın və islamofobiyanın utancverici təzahürüdür. Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Multikulturalizm, islam və sivilizasiyalar toqquşması nəzəriyyəsi: islamofobiyanın yenidən düşünülməsi” adlı plenar iclasında çıxışı zamanı bu barədə danışaraq deyib ki, islamofobiya fenomenində Qərb dünyasında müsəlmanların qlobal dəyərlərə qarşı çıxan tərəf kimi göstərilməsi yanlışdır. Heykələ qarşı sərgilənən münasibət bunun tam əksini göstərir. Bu il mart ayınnı 4-də Xurşidbanu Natəvanın Fransanın Evian-le-Ba şəhərindəki heykəli götürülərək Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinə çatdırılıb. Heykəlin Mədəniyyət Mərkəzinin bağında yerləşdirilməsi ilə bağlı işlər davam etdirilir. Heykəli götürərkən üzərindəki örtük açılıb. Müəyyən olunub ki, abidənin üzərinə qırmızı boya atılmaqla yanaşı - heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrə qırmızı boya çəkilib - onun özünə də zərər verilib. Belə ki, heykəlin burnu və barmaqları qırılıb. Bu, Fransanın gerçək simasıdır.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Digər xəbərlər