Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: “Sizi fevralın 7-də keçirilmiş seçkilərdə qələbəniz münasibətilə təbrik edirəm.
Seçkilərdən əvvəlki dövrdə Sizin və bütün xalqınızın xidmətləri bu qələbəni şərtləndirib. Bu, Qara Bağdan indi inamla Böyük Bağa çevrilən Qarabağda qazanılan Qələbənin əks-sədasıdır.
Qoy Sizin bütün təşəbbüsləriniz həmişə “böyük” kəlməsi ilə müşayiət olunsun!
Sizə cansağlığı və uzun ömür arzulayıram.”