PDF Oxu

Siyasət

  • 5 787

Azərbaycanda demokratik ənənələr inkişaf edir - ŞƏRH

Azərbaycanda demokratik ənənələr inkişaf edir - ŞƏRH

2020-ci il növbədənkənar parlament seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Keçirilmiş seçkilərə dair beynəlxalq rəy, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir. Belə ki, Avropa İttifaqı tərəfindən verilmiş “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – kimi qiymət, seçkilərin tanınması deməkdir. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı system daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. İslahatların davamlı şəkildə aparılması onların effektivliyini təmin edən önəmli amillərdən biridir. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Parlamentin əsas işi qanunvericilikdir. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri labüddür. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur. 2020-ci ilin fevralında keçirilmiş növbədənkənar parlament seçkiləri Azərbaycanda aparılan və qanunverici orqanı əhatə edən genişmiqyaslı islahatların növbəti mərhələsinə start verdi. Sağlam rəqabət mühitində keçirilmiş bu seçkilərdə ölkədəki bütün siyasi qüvvələrin və xüsusən də gənc fəalların geniş tərkibdə iştirak etməsi ölkədə yeni siyasi ab-havanın formalaşdığını və demokratiyanın mövcudluğunu nümayiş etdirdi. Keçirilmiş seçkilərə dair beynəlxalq rəy də ümumən müsbət oldu. Belə ki, 9 fevral seçkilərinin nəticələrinə dair əsas rəy Avropa İttifaqı (Aİ) tərəfindən verilib. Bu qurum seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat verib. Aİ tərəfindən “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” bəyanatının səsləndirilməsi, seçkilərin nəticələrinin tanınması deməkdir. Növbədənkənar parlament seçkilərinin keçirilməsinin nəticələri ölkənin ictimai-siyasi həyatındakı sonrakı proseslərin davamı üçün mühüm həlqə oldu. Belə ki, ölkədə çoxpartiyalı sistemin oturuşması və yeni siyasi konfiqurasiyasının formalaşması məhz bu seçkilərdən sonar günümüzün danılmaz gerçəyinə çevrildi. Təsadüfi deyil ki, çoxpartiyalı sistemin oturuşması və yeni siyasi konfiqurasiyasının formalaşması Prezident İlham Əliyevin 2020-ci ilin mart ayının 10-da keçirilmiş 6-cı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında etdiyi çıxışında da əsas prioritet məsələlər kimi vurğulanıb.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər