PDF Oxu

Siyasət

  • 2 668

VI çağırış Azərbaycan parlamentinin yeni siyasi konfiqurasiyanı özündə əks etdirir - ŞƏRH

VI çağırış Azərbaycan parlamentinin yeni siyasi konfiqurasiyanı özündə əks etdirir - ŞƏRH

Azərbaycan bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Məlum olduğu kimi, 2018-ci ildən etibarən islahatlar daha çevik xarakter alıb. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sistemli, kompleks xarakterli islahatlar Azərbaycanın dinamik inkişafını təmin edib. Ölkəmizin iqtisadi imkanları genişlənib, eyni zamanda sosial sahədə inqilabi qərarlar qəbul olunub. Bu qərarlar vətəndaşların həyat standartlarının əsaslı şəkildə yüksəlməsinə imkan verib. Qlobal pandemiyanın tüğyan etdiyi dövrdə Azərbaycan dövləti sosial dövlət fəlsəfəsinə sadiq qalaraq vətəndaşlarının yanında olub, heç bir sosial proqramı ixtisar etməyib, islahat xarakterli məqsədyönlü tədbirləri ardıcıl şəkildə davam etdirib.Milli Məclisdə (MM) struktur islahatları parlamentin şəffaf, çevik və səmərəli fəaliyyətini şərtləndirən əsas amildir.Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır. Qeyd edək ki, bu islahatlar konseptual olmaqla struktural xarakter daşıyır. Eyni zamanda islahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi əsas məqsədlərdən biridir. Ölkədə həyata keçirilən siyasi və struktur islahatlarından bəhs edərkən 2020-ci ilin fevral ayında keçirilən parlament seçkilərinin və seçkilərdən sonra Milli Məclisin Aparatında və İşlər İdarəsində aparılan struktur və kadr islahatlarının önəmi də xüsusi vurğulanmalıdır. İlk öncə, burada məqsəd parlamentin işinin daha müasir əsasda yenidən qurulmasına, iş prosesində şəffaflığın təmin edilməsinə nail olmaqla daha çevik və daha səmərəli fəaliyyətin təşkil edilməsindən ibarət olub.İslahatlar çərçivəsində Milli Məclis Aparatında 13 şöbə əvəzinə 10 şöbə, İşlər İdarəsində isə 9 şöbə əvəzinə 4 şöbə yaradılıb. Parlamentdə yeni bir şöbə - İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi yaradılıb ki, bu şöbənin fəaliyyətinin əsas istiqaməti qanunvericilik hakimiyyəti ilə icra hakimiyyətləri arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməkdir. Kadr islahatları çərçivəsində isə gənc və savadlı kadrlar, eyni zamanda Milli Məclisin Aparatında uzun illər fəaliyyət göstərən təcrübəli dövlət qulluqçuları qabaqcıl vəzifələrə irəli çəkiliblər. Həmçinin, Vətən müharibəsi qazisinin ailə üzvünə Milli Məclisdə yüksək vəzifə verilib.

VI çağırış Milli Məclisin formalaşmasında qeydə alınmış mütərəqqi yeniliklər, ümumilikdə, parlamentə sağlam, demokratik mühit gətirib, parlamentin işində əhəmiyyətli dönüş yaranıb və onun nüfuzu həm ölkə daxilində, həm də beynəlxalq miqyasda kifayət qədər yüksəlib.Onu da qeyd edək ki, hazırda ölkəmizdə yeni siyasi konfiqurasiya yaranıb. Bu çağırışda aparılan islahatlar da siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib. Azərbaycan Prezidenti cənab İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaradılmasının əhəmiyyətini xüsusi vurğulayıb.Ümumiyyətlə, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar kursuna uyğun olaraq MM-in fəaliyyətinin səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində həyata keçirilməsi üçün müxtəlif addımlar atılıb, ölkənin yeni siyasi konfiqurasiyasına uyğun olaraq parlamentin və onun komitələrinin rəhbərliklərinə müxalifət partiyalarının təmsilçiləri seçiliblər. Eyni zamanda parlamentin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edən qanunvericilik fəaliyyəti daha da təkmilləşdirilib, qanun layihələrinin hazırlanması zamanı daha çox keyfiyyətə diqqət yetirilib. Deputatlar qanun yaradıcılığı işində daha da fəal iştirak edirlər. Belə ki, MM-in iclaslarında qanun layihələrinin təqdim edilməsinə komitə sədrləri ilə yanaşı, komitələrin sıravi üzvləri, həmçinin müxalif partiyalardan olan deputatlar da yaxından cəlb olunublar. Budemokratik mühitin göstəricisi olaraq plenar iclaslar zamanı parlamentdə təmsil olunan müxalifət partiyalarının fəal iştirakçılığı təmin edilib, onların təmsilçiləri Milli Məclisin rəsmi nümayəndə heyətlərinin xarici səfərlərində iştirak edirlər.Koronavirus pandemiyası ilə əlaqədar mövcud olan vəziyyət MM-in beynəlxalq əlaqələrinin intensivliyinə müəyyən mənada öz təsirini göstərsə də, bu dövrdə parlamentin beynəlxalq əlaqələrinin genişləndirilməsi də prioritetlərdən biri olaraq qalıb. O cümlədən, Azərbaycan parlamentinin nümayəndə heyətləri müvafiq beynəlxalq təşkilatların işində fəal iştirak ediblər. Deputatlarımız beynəlxalq təşkilatların sessiya və konfranslarında iştirak edərək Azərbaycanın bir çox məsələlərlə bağlı ədalətli mövqeyini diqqətə çatdırıblar.

Eyni zamanda parlamentin rəhbərliyi, komitələrin sədrləri, beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətlərimizin başçıları öz həmkarları ilə onlayn rejimdə bir sıra görüşlər keçirib və müzakirələr aparıblar. Bu formatda keçirilən və deputatların iştirak etdiyi digər tədbirlər də Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyətə malikdir.Milli Məclisin fəaliyyətində baş verən keyfiyyət dəyişikliyi Ali Qanunverici orqana olan ictimai etimadı artırıb. Ümumilikdə, MM-in fəaliyyətində baş verən keyfiyyət dəyişikliyi Ali Qanunverici orqana olan ictimai etimadı artırıb. Belə ki, deputatların seçicilərlə mütəmadi görüşlərinin keçirilməsi, millət vəkillərinin bu görüşlərlə əlaqədar parlament rəhbərliyinə hesabatlar təqdim etmələri, eləcə də qanunvericilik təşəbbüslərini artırmaları Azərbaycanın ictimai münasibətlər sistemində pozitiv dəyişikliklər kimi cəmiyyət tərəfindən müsbət dəyərləndirilib. Həmçinin, seçiciləri maraqlandıran və narahat edən müxtəlif sosial məsələlərin parlamentin tribunasından səsləndirilməsi, müzakirəyə çıxarılması, həmin problemlərin həllinə xüsusi diqqət göstərilməsi vətəndaş məmnunluğunun artmasına əlavə təkan verib. O cümlədən, seçicilərin problemlərinin həlli istiqamətində hakimiyyətin qanunverici və icraedici qollarının koordinasiyalı fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilib.

Ümumilikdə, VI çağırış Milli Məclisi Azərbaycanda demokratiya və hüquqi dövlət təcrübəsinin yeni nümunəsi kimi xarakterizə edilə bilər. İşinin öhdəsindən layiqincə gələn respublikamızın VI çağırış parlamentinin fəaliyyəti, o cümlədən, siyasi sistemin inkişafı, onun struktur komponentlərinin təkmilləşməsi baxımından olduqca əhəmiyyətlidir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər