PDF Oxu

Siyasət

  • 2 023

"Münasibətlərin dərinləşməsi Türk dünyasının inkişafına mühüm töhfələr verir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Münasibətlərin dərinləşməsi Türk dünyasının inkişafına mühüm töhfələr verir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan bütün tərəfdaşlarla, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə münasibətləri yeni geosiyasi reallıqlara uyğun şəkildə inkişaf etdirir. Qazaxıstan da bu mənada ən önəmli strateji müttəfiqlərdən biridir. Bu ölkənin prezidenti Qasım Jomart Tokayevin ölkəmizə dövlət səfəri zamanı liderlərin səsləndirdiyi bəyanatlar, imzalanan sənədlər Bakı ilə Astana arasında münasibətlərin yüksək səviyyəyə çatdığını təsdiqlədi. Ali Dövlətlərarası Şurasının yaradılması isə iki ölkə arasında münasibətlərin ən üst səviyyəsini xarakterizə edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.Deputat sözlərinə belə davam edib: “Ümumiyyətlə, qarşılıqlı səfərlər ikitərəfli münasibətlərdə yeni səhifə açır. Dövlət başlçıları da təmasları strateji tərəfdaşlığı, müttəfiqliyi möhkəmləndirmək üçün çox faydalı hesab edir. Təsadüfi deyil ki, son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd, Qazaxıstan dövlət başçısı isə ölkəmizə 3 dəfə səfər edib. Bu il də səfərlərin intensivliyi davam edəcək.Dövlət başçılarının görüşündə ikitərəfli qarşılıqlı fəaliyyət məsələləri ilə yanaşı regionumuzda təhlükəsizlik sistemi ilə bağlı olan məsələlərə də toxunuldu. Liderlər beynəlxalq strukturlarda, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyi, mümkün inkişaf potensialını dəyərləndirməyi vacib hesab edir.Eyni zamanda dövlət başçılarının da söylədiyi kimi, hazırda dünyada məhz nəqliyyat-logistika imkanlarına çıxış uğrunda mübarizənin kəskinləşdiyi bir vaxtda ölkələrimizin beynəlxalq nəqliyyat dəhlizlərindəki rolu bu sahədə yeni perspektivlər açır. Bu məsələ Ali Dövlətlərarası Şuranın ilk iclasında da geniş müzakirə olundu. Təsadüfi deyil ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ilə Asiya arasında etibarlı və effektiv ticarət bağlantısı kimi dəyərləndirilir. Dövlət başçıları eyni zamanda Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində iştirak etdilkə. Bu isə TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi deməkdir. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu layihə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Bu mənada Bakı ilə Astana regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir.Azərbaycanla Qazaxıstan həm də COP29 iqlim konfransının keçirilməsi çərçivəsində əməkdaşlıq edəcək. Tokayev də Azərbaycanın bu cür qlobal platformaya ev sahibliyi etməsini ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində, həmçinin beynəlxalq arenada nailiyyətlərinin qəbul edilməsi kimi qiymətləndirir. “Həqiqətən Azərbaycanın nüfuzu durmadan artır, bu, həm iqtisadiyyatda, həm də beynəlxalq siyasətdə baş verir. Əlbəttə, Qazaxıstan COP29-un müvafiq səviyyədə keçirilməsini dəstəkləyir və bu son məqsədə nail olmaq üçün lazımi səylər göstərəcəkdir” deyən Qazaxıstan Prezidenti bu nüfuzlu tədbirdə şəxsən iştirak etməyi planlaşdırır.Bir sözlə, Tokayevin dövlət səfəri Azərbaycan-Qazaxıstan münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini söyləməyə əsas verir. Bu isə öz növbəsində Xəzəryanı ölkələrin və Türk dünyasının inkişafına zəmin yaradır”.

Ayşən Vəli

Digər xəbərlər