"İlqar Məmmədov sanki qərarlıdır ki, hər addımı ilə öz ciddiliyini daha çox itirsin, hər fürsətdə özünü daha çox gülüş obyektinə çevirsin, söylədiyi, yazdığı hər kəlmə ilə özü haqda daha çox mənfi rəy yaratsın. Ya da el dilində desək: Adamın başı təmiz gedib! Ona görə də yuxuda gördüyünü, şizofrenik təxəyyülünü, əhatəsində qaldığı hallusinasiyaları reallıq kimi təqdim etməyə çalışır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib. Deputat bildirib ki, bu hərdəmxəyal varlıq, daha doğrusu yoxluq son statuslarının birində belə bir fikir paylaşıb: "Guya hamı onu hədəfə alıb. İqtidar da, müxalifət də. Hərgah, bəyə bir soran lazım: Kimsən axı sən? Kimə lazımsan axı sən?5 qəpiklik ağlın yox, 3 qəpiklik gücün. Ömrün boyunca nə müxalifətçi kimi müxalifətçi olmusan, nə siyasətçi kimi siyasətçi, nə də şəxsiyyət kimi şəxsiyyət. Üstəlik, bir müsbət keyfiyyətin də yoxdur ki, ondan yapışıb nəyisə malalayasan. Bir doğru işin də yoxdur ki, onun üzərindən təbliğat aparasan. Əlindən ancaq sərsəmlik, rəzillik, ard-arda “quş buraxmaq” gəlir vəssalam. Başqa heç nə. Siyasi bomj kimi fırlanırsan ortalıqda. Gününü, vaxtını mənasız fəaliyyətinlə ötürürsən, gedir"."Sarkazmın isə təpənə dəysin. Guya nəsə eləmək istəmisən, amma alınmayıb. Vallah-billah alınmayıb. Çünki duzsuzsan. Çünki zarafatların da siyasətin kimi şitdir, rəngsizdir, bozdur",- deyə o, İlqar Məmmədov haqqında fikirlərinə əlavə edib.
Ləman Sərraf