PDF Oxu

Siyasət

  • 3 513

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuda hesabat seçki iclası keçirilib

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuda hesabat seçki iclası keçirilib

Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı “B.Bağırova küç.17” (K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının hesabat seçki iclası keçirilib.

İclasdaYAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxova və “B.Bağırova küç.17” (K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu) ünvanı ərazi partiya təşkilatının üzvləri iştirak edib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qısa zaman ərzində tarixi Zəfərlər əldə olunmaqla iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan və perspektivlər açılıb. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası da uğurla davam etdirilir. Çıxışının sonunda Bəxtiyar Nəbiyev ərazi üzrə üzvlərinin Partiyanın ictimai-siyasi həyatında aktiv olmağa çağırıb.

Sonra təşkilati məsələlərə baxılıb. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoruAynur Poluxova “B.Bağırova küç.17”(K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədri seçilib.

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxova ərazi partiya təşkilatı tərəfindən ona göstərilən yüksək etimada görə öz minnətdarlığını bildirib.

Digər xəbərlər