PDF Oxu

Siyasət

  • 2 405

Sevinc Osmanqızı yeni faktları ilə Əli Kərimlini ifşa etdi ANALİZ

Sevinc Osmanqızı yeni faktları ilə Əli Kərimlini ifşa etdi ANALİZ

Müxtəlif vaxtlarda eyni blok yaradıb, birlikdə anormal çağırışlarla çıxış edən dağıdıcı müxalif ünsürlər və onların təbliğat maşınlarının qaragüruh təmsilçiləri məqam yetişincə bir-birini top atəşinə tutublar. Bununla bağlı çoxsaylı misallar çəkmək, sübutlar göstərmək olar. Sadəcə, son günlər ABŞ-da oturub Azərbaycanla bağlı hədyanlar səsləndirən Sevinc Osmanqızı ilə AXCP sədri Əli Kərimli arasında yaşanan qarşıdurmanı misal olaraq göstərməklə dağıdıcı ünsürlərin və antimilli qüvvələrin hansı əxlaqa və mənəviyyata sahib olduqlarını görmək olar. Halbuki, uzun müddət Sevinc Osmanqızı ilə Əli Kərimli eyni mərkəzdən təlimat alıb və eyni qazandan qidalanıblar. Birlikdə layihələr icra edib, eyni tezislər əsasında Azərbaycan cəmiyyətində pozuculuğa xidmət edən fəaliyyət yolu tutublar. Lakin indiki halda tərəflər bir-birinə düşmən kəsiliblər. Nədən ki, hər birinin maraqları fərqli məcraya yönəlib. Yəni, mənafeləri eyni mövqedən çıxış etməyə imkan vermir. Bu baxımdan, bir-birini ifşa etməyə, gözdən salmağa, hətta alçaltmağa çalışırlar.

Əli Kərimlinin ifşası Sevinc Osmanqızının hansı maraqlarına cavab verir?

Eyni məkrli pozucu şəbəkənin təmsilçisi olan, lakin fərqli maraqlara istinad edən Əli Kərimli və Sevinc Osmanqızı arasında gedən dava yeni nüansları üzə çıxartmaqdadır. Xüsusilə də aydın olur ki, dağıdıcı müxalif ünsürlər və casus media qurumların təmsilçiləri özəl maraqlarını istənilən şəxsə və ya şəbəkəyə qurban vermirlər. Yeri gəldikcə şəxsi mənafeləri naminə şəbəkə təmsilçilərini gözdən sıradan çıxartmaqdan çəkinmirlər. Sual oluna bilər, nə baş verdi ki, yaxın həmsirdaş olan və eyni tezisləri icra edən Əli Kərimli ilə Sevinc Osmanqızı düşmənə çevrildilər? Birmənalı şəkildə cavab olaraq qeyd etmək olar ki, ayrılan maliyyə vəsaitinin bölgüsündə tərəflər ortaq fikrə gələ bilməyiblər. Yəni, iddialı və hikkəli Ə.Kərimli vəsaitdən daha çox əldə etməyə çalışıb ki, bu da S.Osmanqızının narazılığına səbəb olub. Nəticədə tərəflər bir-birini satqınlıqda, xəyanətdə günahlandırıblar. Reallıqda hər ikisi satqın və xəyanatkardırlar. Sevinc Osmaqızı özünün internet TV-sində bəyan edib ki, müxalifət düşərgəsinə söyüşü, təhqiri AXCP və onun sədri Əli Kərimli gətirib. Hətta S.Osmanqızı bir qədər də irəli gedərək bildirib: “Qabilin söyüş kampaniyası və təhqir hədəfləri ilə bağlı sifarişi Əli Kərimli verirmiş”. Söz yox ki, S.Osmanqızının söylədikləri ciddi əsaslara söykənir. Çünki son vaxtlara qədər bu iki şəxs təqdim olunan tezisləri necə yaymağı və təqdim etməyi müzakirə edirdilər. Daha sonra müxtəlif saytlarda və sosial şəbəkələrdə, eləcə də internet TV-lərdə həmin tezisləri yayırdılar. Məhz bu faktlara söykənərək demək olar ki, S.Osmanqızı olanları real şəkildə dilə gərir və təbii ki, bununla da Ə.Kərimlini ifaş etmiş olur.

Antimilli ünsürlər arasında “qrant davası”ndan irəli gələn ziddiyyətlər artır

Sevinc Osmanqızının etirafı iki məqama işıq salır. Birincisi, ölkədəki və xaricdəki antimilli ünsürlər arasında “qrant davası”ndan irəli gələn ziddiyyətlər artır, qarşıdurma böyüyür. İkincisi isə, “söyüş mühacirləri” Azərbaycana qarşı təhqir kampaniyası ilə əlaqədar tapşırığı Əli Kərimli kimi anti-Azərbaycan dairələrə xidmət edən xainlərdən alırlar. Nəzərə almaq lazımdır ki, bir qədər əvvəl də S.Osmanqızı Ə.Kərimlini siyasi riyakarlıqda günahlandırmışdır. Bildirmişdir ki, Ə.Kərimli müəyyən maraqları xatirinə müxalifətin birliyinə və inteqrasiyasına zərbələr vurur. O zaman Ə.Kərimli AXCP-dəki trollar arasında fəallığı ilə seçilən F.Qəhrəmanlı vasitə ilə S.Osmanqızına çatdırmışdı ki, ittihamlarının kökündə onun hakimiyyətdən paket alması dayanır: “Sevinc Osmanqızının Milli Şuraya və AXCP -yə qarşı düşmən kəsilməsinin səbəbi onun müəyyən sifarişlər alması ilə bağlıdır. Sevinc xanım hakimiyyətdən paket almaqla AXCP və Milli Şuranı hədəf seçib”. S.Osmanıqızı isə F.Qəhrəmanlını məsuliyyətsiz ifadələr səsləndirməklə vəziyyəti gərginləşdirməkdə qınamışdır: “Kim sizə qarşı irad səsləndirirsə, onu hakimiyyətdən paket almaqda günahlandırırsınız, ayıbdır, utanın”.

Bir sözlə, artıq dağıdıcı müxalif ünsürlərlə xaricdəki antimilli qüvvələr arasında dərin qarşıdurma yaranıb. Səbəbi də ayrılan qrantlardan hər biri daha çox əldə etmək istəyidir. Qarşılıqlı ittihamlar seriyasında yeni ifşaedici faktların üzə çıxacağı şübhəsizdir. Çünki tərəflərin hər biri digər rəqibini gözdən salmaq üçün yeni-yeni ifşaedici açıqlamalarla çıxış edəcəklər. Bu baxımdan demək olar ki, Əli Kərimli-Sevinc Osmanqızı arasında gedən savaş hələ çox xəmir yuyacaq.

İLHAM ƏLİYEV

Digər xəbərlər