PDF Oxu

Siyasət

  • 2 082

"Heç kim bizə yol göstərə bilməz" - MÜNASİBƏT BİLDİRİLDİ

"Heç kim bizə yol göstərə bilməz" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bir neçə gün bundan əvvəl Azərbaycanda İslamofobiya ilə bağlı tədbir keçirildi". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavanşir Paşazadə deyib.O bildirib ki, tədbirdə 20-yə yaxın ölkədən nümayəndələr var idi: "Nümayəndələrin hər biri, təbii ki, müsəlman ölkələri deyil, Avropa, digər millətlərdən olan xristian və başqa dinə məxsus nümayəndələr idi. Azərbaycanda İslamofobiya ilə bağlı işlər cənab Prezident İlham Əliyevin hələ 2016-cı ildə Azərbaycanda yaratdığı Multikulturalizm İnstitutunun yaradılması ilə bağlı oldu. Bu institutun fəaliyyəti dünyada təqdirəlayiq kimi qəbul olundu. İnsanlar digər ölkələrdə bu institutla işləyirlər və geniş şəkildə bu məsələdə rəylərini, fikirlərini bildirirlər.Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı düzgün siyasət nəticəsində 44 günlük müharibə dönəmində ölkələrin simaları göründü. Torpaqlarımızın erməni təcavüzkarlarından azad olunması Avropa ölkələrinə xoş gəlmədi. İslamofobiyanın yaradılması və İslamla bağlı aparılan siyasəti qabartmağa, türkdilli ölkələrin birləşməsinə və onların birgə logistik, digər siyasətlərdə apardığı işlərə laqeyd yanaşmağa başladılar. Bu da Avropa ölkələrinin apardığı siyasətdir. Ölkəmizin siyasəti cənab Prezidentin çıxışlarında da bir neçə dəfə bildirildiyi kimi, o ölkələr bizə özlərini dəstək kimi göstərirdilər, 44 günlük müharibədə qələbədən sonra öz simalarını göstərdilər"."Bu gün Ərəb ölkələri ilə apardığımız həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə inkişafımıza, gələcəyimizə loqistik sahədə apardığımız müqavilələr və yaratdığımız şərait bəzi ölkələrə və Avropa ölkələrinin əksəriyyətinə xoş gəlmir. Ona görə də İslamofobiya, İslamın apardığı gələcəkdəki siyasət kimi İslamı ortaya atıb yenə də bu xalqların, cəmiyyətin bölgədə sülhün olmamasına çalışırlar.Azərbaycanın dövlət başçısı öz siyasətini, hansı məsələni nə vaxt etməyi və kimlərlə hansı formada, necə yanaşmağı çox gözəl bilir. Mən elə düşünürəm ki, bu məsələdə heç kim bizə yol göstərə bilməz. Biz sərbəst siyasət aparan ölkəyik, xalqımız bütün ölkələrlə dostluq, həmrəylik münasibətləri saxlayır" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər