PDF Oxu

Siyasət

  • 1 565

Azərbaycanla ticarət dövriyyəsini artırmaq üçün çalışırıq - TÜRKİYƏ SƏFİRİ

Azərbaycanla ticarət dövriyyəsini artırmaq üçün çalışırıq - TÜRKİYƏ SƏFİRİ

Türkiyə hökuməti ölkənin Azərbaycanla ticarət dövriyyəsini artırmaq üçün çalışır. Bunu SİA-ya Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib."Bu istiqamətdə qarşılıqlı görüşlər həyata keçirilir. Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi iki ölkə arasında önəmli bir addımdır. Ticarətinə güzəşt tətbiq edilən malların sayının 15-dən 30-a çatdırılması vacibdir", - deyə o qeyd edib.Səfir əlavə edib ki, mayın ilk həftəsində Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın iştirakı ilə iki ölkə arasında Hökumətlərarası Komissiyanın iclası keçiriləcək, bir sıra istiqamətlərdə müzakirələr aparılacaq.

Digər xəbərlər