“Bu gün müxtəlif sahələr üzrə əldə olunan uğurların əsasını ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, ölkə prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində doğma torpaqlarımızı düşmən tapdağından azad etməsi, 2023-cü ilin ilin sentyabrın 19-20 də lokal xarakterli antiterror tədbirləri və ən nəhayət həmin ilin oktyabrın 15-də Xankəndi və digər ərazilərimizdə üçrəngli bayrağımızın ucaldılması təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib. O bildirib ki, Azərbaycan əldə etdiyi Zəfərlərə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti, davamlı peşəkar siyasəti, qətiyyəti nəticəsində və qəhrəman ordumuzun şücaəti sayəsində nail oldu: “Bu, müstəqil Azərbaycan tarixinin ən parlaq dövrlərindən biridir və Prezident cənab İlham Əliyevin adı ilə bağlı olan möhtəşəm tarixi zəfərdir. Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur.44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə geniş quruculuq işlərinə başlanmış, qısa müddət ərzində Füzuli və Zəngilanda beynəlxalq hava limanları istifadəyə verilmişdir. Laçın Beynəlxalq Hava Limanının isə 2024-cü ildə istifadəyə verilməsi proqnozlaşdırılır. Yüksək standartlara cavab verən “Zəfər yolu”, tunellər çəkilmiş, şəhərlərin, rayon mərkəzlərinin baş planları təsdiqlənmiş, sakinlərin bir qismi öz dədə-baba yurdlarına köçürülmüş, habelə, sosial obyektlərin istifadəyə verilərək sənaye parklarının salınmışdır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinin növbəti təsdiqi olaraq 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”da öz əksini tapmışdır.Sənəddə göstərilir ki, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.Bu müddət ərzində həm də işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək. İqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək. Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyası tətbiq ediləcək. Nəticədə, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq.Diqqətə çatdıraq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamıdır, strateji hədəflərə çatmaq üçün, eləcə də bundan sonra həyata keçiriləcək tədbirlərin mükəmməl yol xəritəsidir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.Azərbaycan dövləti köçürülmə prosesi ilə yanaşı, həm də sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin edilməsini də nəzarətdə saxlayır. Köçürülən sakinlər bölgədə fəaliyyət göstərən müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Köçürülən əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və digər imkanlar mövcuddur.Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Azərbaycan dövlətinin siyasəti qaranlıqdan doğan günəş tək hərarəti ilə Qarabağa yenidən can verir. Belə ki, bu gün təbiətin möcüzəsi sayılan Qarabağ torpaqlarında bərpa-quruculuq işləri uğurla davam edir.Bu prosesdə Heydər Əliyev Fondunun işğaldan qurtulmuş torpaqlarımızda mədəni-dini irsimizi xalqa yenidən qaytarmaq missiyası xüsusi vurğulanmalıdır. Artıq xeyli müddətdir ki, Birinci vitse-prezident, fondun rəhbəri Mehriban xanım Əliyevanın göstərişi ilə 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılan, məhv edilən, təhqir olunan, murdarlanan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesinə başlanıb. İndiyə qədər minlərlə abidəyə nəfəs verən Heydər Əliyev Fondunun budəfəki layihəsi Qarabağdakı dini irsimizin, məscidlərimizin bərpasına həsr olunub.İşğaldan azad edilmiş ərazilərdə ölkəmizin öz siyasi və iqtisadi gücü hesabına başlanan və surətlə davam edən genişmiqyaslı bərpa işləri, şəhər və kəndlərin dirçəldilməsi, Böyük Qayıdış üçün zəruri infrastrukturun yaradılması Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirir. Belə böyükmiqyaslı işləri yalnız Azərbaycan kimi qüdrətli dövlət həyata keçirməyə qadirdir.Bu işlərin daha effektiv şəkildə aparılması məqsədilə 2021-ci il fevralın 4-də xüsusi nümayəndəliklərin yaradılması ilə bağlı Fərman imzalamış, Fərmana əsasən ilk olaraq Şuşa şəhərində Prezidentin xüsusi nümayəndəsi fəaliyyətə başlamışdır. Onun ardınca Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə xüsusi nümayəndəliklər formalaşdırılmış, yeni yaradılan qurumların rahat işləməsi üçün inzibati binalar tikilib istifadəyə verilmişdir. Bu da xüsusi nümayəndələrin ölkə başçısının qəbul etdiyi qərarların dövlət orqanları tərəfindən müvafiq ərazidə həyata keçirilməsinin vəziyyətini qiymətləndirmək, bununla bağlı aidiyyəti üzrə məlumat vermək və s. işlərin həyata keçirilməsinə imkan verir. Onu da qeyd edək ki, ötən dövrdə Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri geniş vüsət almışdır. Müasir dövrdə dövlətlərin idarəetmə sistemində təzahür edən modernləşmə yeni idarəetmə modellərinin yaradılmasını zərurətə çevirir. Bu gün respublikamızda aparılan ardıcıl islahatlar da idarəetmənin təkmilləşdirilməsinə xidmət edir. Ölkədə ümummilli lider Heydər Əliyevin idarəçilik təliminin siyasi varislik, milli maraqlar, sosial ədalət və demokratiya kimi prinsiplərinə əsasən milli və müasir idarəetmə modelinin qurulması istiqamətində ardıcıl islahatlar aparılır. Bu islahatlar səmərəli və demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması kimi amillər əsasında reallaşdırılır.Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işləri sistemli və planlı şəkildə aparıldığı üçün nəzərdə tutulandan daha da sürətli gedir və bu o deməkdir ki, Böyük Qayıdış uğurla davam edir. Atılan addımlar, daha dəqiq desək, işğaldan azad edilən ərazilərdə şəhər və kəndlərin baş planlarının tərtib edilməsi, onların sürətlə dirçəldilməsi, əhalinin dayanıqlı şəkildə məskunlaşması, eləcə də iqtisadi aktivliyin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası, bu prosesin uğurla davam etdiyini bir daha təsdiqləyir.Nəticə etibarilə, Azərbaycan strateji hədəflərini ardıcıl olaraq reallaşdırır. Böyük Qayıdış yolunda əmin addımlar atırıq. Bu isə tarixi Qələbələrimizin prosesə çevrilməsi, milli həmrəyliyin güclənməsi, o cümlədən siyasi güc və sosial-iqtisadi inkişaf deməkdir.Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan özünün ən parlaq inkişaf dövrünü yaşayır, illər əvvəl xəyal kimi görünən arzularımız ardıcıllıqla həqiqətə çevrilir. Torpaqlarımızın işğaldan azad edilməsi ilə qədəm qoyduğumuz yeni inkişaf mərhələsi bu gün özünün çoxşaxəli tərəfləri ilə daha təminatlı gələcəyə körpü yaradır. Dünyada ikinci bir ölkə göstərmək mümkün deyil ki, 30 ilə yaxın işğal altında olan torpaqlarını xalq-iqtidar birliyindən güc alaraq müharibə yolu ilə azad edib dərhal həmin ərazilərdə böyük bərpa-quruculuq işləri aparsın. Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu ağır vəzifənin öhdəsindən layiqincə gələ bildi. Məhz bu ulu öndər Heydər Əliyevin görmək istədiyi müstəqil və güclü Azərbaycandır”.
Müəllif: Səbinə Hüseynli