PDF Oxu

Siyasət

  • 2 488

"Onlar küçədə doğulub elə o tərbiyə ilə də böyüyüblər" - KOMİTƏ SƏDRİ FİKİR BİLDİRDİ

"Onlar küçədə doğulub elə o tərbiyə ilə də böyüyüblər" - KOMİTƏ SƏDRİ FİKİR BİLDİRDİ

Xəbər verdiyimiz kimi, Sevinc Osmanqızı bir müddət öncə bildirib ki, Qabilin söyüş kampaniyası və təhqir hədəfləri ilə bağlı sifarişi Əli Kərimli verirmiş. Bu isə o deməkdir ki, Azərbaycan siyasətinə söyüşü gətirən də, xaricdəki anti-milli ünsürləri himayə edən də məhz Əli Kərimlidir.Mövzu ilə bağlı SİA-ya açıqlama verən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bunlar yenilik deyil: “Biz hamımız bilirik ki, bunların başında dayanan Əli Kərimlinin sağ əli Qənimət Zahiddir. O Avropada olan insanlara erməni lobbisinin sifarişi əsasında söyüş kampaniyası ilə məşğul olmağı tapşırıb. Bu məsələlər çoxdan məlumdur”.Millət vəkili qeyd edib ki, onların hər biri dedikləri ilə bağlı cavab verəcəklər: “İnsanı təhqir etmək, şərəf və ləyaqətinə toxunmaq, ailəsinə qarşı təhqir işlətmək olmaz. Bunlar bütün Azərbaycan milli dəyərlərini, islami dəyərləri, mənəviyyatının hamısını kənara qoydular. Elə iyrənc bir kampaniya ilə məşğul oldular ki, həmin söyüşləri öz ailələrinin, övladlarının oxuduğunu da düşünmədilər. Bu onların valideyn tərbiyəsidir. Deməli onlar tərbiyə almayıblar, küçədə doğulub elə o tərbiyə ilə də böyüyüblər”.

Müəllif: Rəşid Qarayev

Digər xəbərlər