PDF Oxu

Siyasət

  • 2 717

Trol Sadıqlının satqın olduğu sübuta yetirildi - ANALİZ

Trol Sadıqlının satqın olduğu sübuta yetirildi - ANALİZ

Son vaxtlar ölkəmizdəki dağıdıcı ünsürlər və xaricdəki antimilli məxluqlar pozucu fəaliyyətlərini bir qədər də genişləndiriblər. Bu da onların maddi və mənəvi dəstək aldıqları ağalarından gecikdirilməsi və ya təxirəsalınması mümkün olmayan xüsusi tapşırıqlar aldıqlarını göstərir. Hansı sosial şəbəkə hesabına nəzər yetirilsə orada hər iki ünsürün ölkəmiz əleyhinə ittihamlar irəli sürdüyünü, ayrı-ayrı ziyalılar, elm adamları, dövlət xadimləri, siyasətçilər haqqında əxlaqsız böhtanlar səsləndirdiklərini görmək olar. Sanki dağıdıcı ünsürlər və xaricdəki antimilli məxluqlar Azərbaycanın havasını udub, çörəyini yeyib, suyunu içməyiblər, ermənidilər. Çox vaxtı da ermənin həyat tərzini təbliğ edir, Paşinyanın idarəetmə prinsiplərinə dəstək verirlər. Bəlkə də Ermənistandakı hakim zümrənin nümayəndələri antimilli ünsürlər qədər Paşinyanın siyasətini təbliğ etmirlər, erməni diasporasının fəaliyyətinə haqq qazandırmırlar. Heç şübhəsiz ki, bununla özlərini ələ vermiş olurlar. Etiraf etməsələr də, təsdiq olunur ki, erməni diasporasından maliyyə yardımları alır və onların təqdim etdikləri tezisləri səsləndirirlər. Əksər hallarda da ayrılan vəsaiti bölə bilmədiklərindən aralarında qarşıdurma yaranır. Yəni biri digərindən daha çox vəsait götürməyə çalışır ki, bu da nəticə də çəkişmələrə gətirib çıxarır. Məhəmməd Mirzəli ilə Trol Sadıqlı arasında yaranan ixtilaf məhz ayrılan pulu bölə bilməmələrindən yaranmışdı. Daha doğrusu Trol Sadıqlı ilə Məhəmməd Mirzəlinin erməni diasporasına təqdim etdikləri birgə layihə əsasında ayrılan maliyyə vəsaitini birinci mənimsəyib. Söyüş, təhqir, bir-birini alçaldan ifadələrin, statusların paylaşılması, vidieoların yayımlanması bundan sonra baş verib.

Antimilli ünsürlər arasında yeni parçalanma yarandı

Daha çox söyüş ritorikasına üstünlük verən Məhəmməd Mirzəli Trol Sadıqlının maxinasiyasını özünün “loxlanma”sı kimi qiymətləndirb. Haqlı tərəf olduğunu iddia edən M.Mirzəli Trol Sadıqlını bütün Avropadakı antimilli ünsürlərin nəzərində alçaltmaq üçün hər cür vasitə və üsullardan istifadə edib. Paylaşdığı növbəti statusunda M.Mirzəli Tural Sadıqlı barəsində yazıb: "Mən heç zaman bunu yazmazdım, özün məcbur etdin. Sən özünü ifşa etmək qərarına gəldin davam elə. Mənim də deyəcəyim şeylər olacaq. Qrantı aldın, nə qrant verən təşkilatın adını açıqladın, nə aldığın qrantın məbləğini dedin. Məni efirə çıxarıb məndən pul qazandın. Mən də sənin bu əməlinə qarşılıq olaraq öz videolarımı “youtub”dan sildirdim. Mən bu işləri pulsuz görən adamam, biz qrant gəlməsə belə birgə nəyəsə razılaşsaydıq təbii ki, işlər görüləcəkdi. Amma məsələnin mahiyyəti budur ki, sən məndən istifadə etdin, “xalqın layihəsini də qrant” üçün etdin. Mən bu dəqiqənin özümdə belə xalqın layihəsini etməyə hazıram, pulsuz-parasız gəl edək, digər səhifələri də çağıraq. Bir də ki, yazmısan "yanımıza çəkdik, filan etdik". Mən öz işimi özüm həyata keçirmişəm”.

Məhəmməd Mirzəli Trol Sadıqlını dələduz çıxartdı

Məhəmməd Mirzəli Trol Sadıqlının satqın olduğunu da müəyyən faktları ilə sübut etməyə çalışır: “Sənin qardaşın iki kilo heroinlə tutulur, sonra azadlığa buraxılır və sonra da gəlir Almaniyaya. Sənin Bakıdakı fəaliyyətin barədə danışmağa başlasam, təmiz batarsan. Almaniyada etdiklərini isə saxlayıram ikinci yazıya”.

Trol Sadıqlı özünü təmizə çıxarda bilməyib. Sadəcə nala-mıxa vuran fikirlər səsləndirməklə kifayətlənib. Sonda da qeyd edib ki, M.Mirzəli ac, yalavac olan zaman ona kimin qapısını döyməyi və kimdən necə yardım istəməyin yollarını o başa salıb. Ümumilik də proseslərə nəzər saldıqda aydın olur ki, antimilli ünsürlər arasında qarşıdurmalar yaşansa da ölkəmiz və xalqımız əleyhinə şər və böhtanlar şidləndirilib. Trol Sadıqlı, Vidadi İsgəndərli, Sevinc Osmanqızı, Orduxan Teymurxan, Məhmməd Mirzəli, Qənimət Zahid və digərləri qaranlıq dairələrin dəstəyi ilə açdıqları internet telekanalları vasitəsilə Azərbaycan xalqının milli maraqlarını təhqir edən fikirlər səsləndirir, videolara paylaşırlar. Söz yox ki,məqsəd bu iyrənc vasitə ilə Azərbaycana zərbə vurmaqdır. Bəzən Frank Şveber, Kristofer Smit və bu kimi digər ermənipərst məxluqlardan açıqlamalar almaları və onlara Azərbaycan əleyhinə yönəldici suallar vermələri göstərir ki, bu ünsürlər tam şəkil də erməni yalının təsiri altındadılar.

Vəhdət partiyasının sədri, deputat Tahir Kərimli xaricdəki antmilli ünsürlərin açıqlamalarının ermənilərlə sinxron hərəkətinin bariz nümunəsi olduğunu söyləyib: “Məsələ bundadır ki, ermənilərin xeyrinə olan açıqlamalar yalnız Sevinc Osmanqızı ilə yekunlaşmır. Vidadi İskəndərli kimi bizim Avropada oturub söyüş ritorikası ilə danışan anormal müxalifətçi, mühacirlərimiz də var. Əslində onu cəmiyyətimiz ciddi qəbul etmir və əminəm ki, zərrə qədər də olsun bu adamda ağıl yoxdur. Bu insanın hərəkətlərini müşahidə edəndə özünü idarə edə bilməməsi və ağılına güvənməyib hisslərlə tərbiyəsizcəsinə davranmasını görürük. Ağıldankəm biri durub təki Azərbaycan dövlətinin əleyhinə nəsə söz deyim deyə ermənilərin xeyrinə fikirlər səsləndirir. Bütün bunlar xaricdəki anti-milli şəbəkənin ermənilərlə sinxron hərəkətinin bariz nümunəsidir”.

“Arif Məmmədov çörək yediyi qaba tüpürən adam kimi tanınır”

T.Kərimli Arif Məmmədov kimi dələduzun onlarla bir sırada olması təəccüb doğurmadığını bildirib: “O, çörək yediyi qaba tüpürən adam kimi tanınır.Bu adam diplomat olub və öz dili ilə deyirdi ki, məni böyük öndər qəbul edərək dinlədi, gənc olmağıma baxmayaraq, belə bir məsul postu mənə etibar etdi. Yaxşı, bəs səndə özünün də etiraf etdiyin kimi gənc yaşından şans verib irəli çəkən dövlətə, iqtidara olan nifrət haradandır axı? Yəni burada həqiqətən şübhəli məqamlar çoxdur və Azərbaycana qarşı şəbəkəyə qoşulan adamlar indi öz xalqı, dövləti əleyhinə aktiv fəaliyyətə başlayıblar. İnanın ki, xalqın böyük qismi bu adamlara simpatya bəsləmir”.

Bir sözlə görünən ondan ibarətdir ki, dağıdıcı müxalif ünsürlər və xaricdəki antimilli məxluqlar geniş formada Azərbaycanın maraqlarına qarşı fəaliyyətə səfərbər olunublar. Düzdür istər Azərbaycandakı dağıdıcı ünsürlər, istərsə də xaricdəki antimilli məxluqlar nə qədər maliyyə dəstəyinə malik olsalar da özlərinə geniş auditoriya toplaya bilməyiblər. Lakin el məslədir, “milçək bir şey deyil, sadəcə ürək bulandırır”. Dağıdıcı ünsürlər də sosial bazaya və auditoriyaya malik olmasalar da şər və böhtanları ilə ürək bulandırırlar. Bununda bir sonu olacağı şübhəsizdir. Çünki güclü və qüdrətli Azərbaycan dövləti hər bir qanunsuz əməlin qarşısını almağı bacardığı kimi boşboğazlıq etməklə Azərbaycanın imicini ləkələməyə çalışanları da hüquqi şapalaqla cəzalandırmağı bacaracaq.

İ.ƏLİYEV

Digər xəbərlər