Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində xarici səfirlər qarşısında çıxışında bəyan edib ki, Vladimir Putinin Rusiyada prezident seçkilərindən sonra Türkiyəyə səfəri gözlənilir.
“Biz Qara dənizdə hər iki qonşumuzla (Rusiya və Ukrayna nəzərdə tutulur - red.) dialoqumuzu davam etdiririk. Seçkilərdən sonra Rusiya prezidenti Vladimir Putini qəbul edəcəyik”, - Ərdoğan bildirib.
Mətləb