PDF Oxu

Siyasət

  • 1 784

“Ölkə başçısının çıxışı münasibətlərə işıq saldı” - ŞƏRH EDİLDİ

“Ölkə başçısının çıxışı münasibətlərə işıq saldı” - ŞƏRH EDİLDİ

“Qazaxıstan-Azərbaycan əlaqələri ilə bağlı Prezident İlham Əliyevin çıxışı iki ölkə arasındakı əlaqələrə işıq saldı. Ölkə başçısı Qazaxıstanın Füzulidə uşaq yaradıcılıq mərkəzinin açmasını, keçmiş məcburi köçkünlərin oradan faydalanması ilə bağlı lazımi şəraitin yaradılmasının Qazaxıstanın Azərbaycana dostluğunun nümunəsi kimi göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib. Deputat bildirib ki, iki ölkə arasındakı dostluq münasibətləri dünyaya da bir mesajdır: “Dövlət başçısı İlham Əliyevin Orta Asiyaya çoxsaylı səfərləri, həmçinin Orta Asiya ölkə rəhbərlərinin Azərbaycana səfərləri də göstərir ki, Azərbaycanın yeri Türk Dövlətləri Birliyindədir.Cənab Prezident öz çıxışında trans-Xəzər layihəsini çox yüksək qiymətləndirib. Bu layihə üçün lazımi yollar, hava limanlarının açıldığını və layihənin artıq real olduğunu vurğulayıb. Eyni zamanda bu layihədən Azərbaycan və Qazaxıstanla yanaşı digər dövlətlər də yararlanacaq. Bu səbəbdən də layihənin əhəmiyyəti olduqca mühümdür.İki ölkə arasında ticarət əlaqələrinin artması, yarım milyard dolları keçməsinin də mühüm olduğu ölkə başçısının çıxışı zamanı öz əksini tapıb. Azərbaycan və Qazaxıstan Ali Şurasının birinci iclasının keçirilməsi, qəbul edilən qərarlar və mühüm müqavilələrin imzalanması da dostluğumuzun rəmzi sayılır. Ölkə başçısı Qazaxıstan dost və tərəfdaş ölkə elan edib”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər