İnsanlar var ki, özlərini heyvan xislətli varlıq olaraq göstərməyə çalışırlar. Bir məqamda it kimi dişləri qana bulaşdısa, sağalmaz xəstəliyə mübtəla olurlar. Elə it kimi ona hürür, buna diş atır, başqa birisinə isə diş qıcıyırlar. Belələrini müalicə etmək, normal cəmiyyətin layiqli vətəndaşına çevirmək də çətindir. Çünki dişi qana batıb və quduzlaşıb. Fikir verin, ictimai rəydə dağıdıcı müxalif ünsürlər milli maraqlarımıza zidd fəaliyyətlərinə görə davamlı olaraq qınaq obyekti olurlar, ittiham edilirlər. Lakin islah olunmurlar, ətəklərindəki daşları yerə atıb, əski mövqelərinə qayıtmırlar. Əksinə, görünən ondan ibarətdir ki, hər bir dağıdıcı müxalif ünsür və xaricdəki antimilli məxluq daha geniş şəkildə öz pozuculuq əməllərini davam etdirirlər. Xüsusilə də, AXCP sədri Əli Kərimlinin, Milli Şuranın rəhbəri Cəmil Həsənlinin, AXCP-dəki trollar Fuad Qəhrəmanlının, Seymur Həzinin, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin və digərlərinin davranışlarına və hərəkətlərinə nəzər yetirilsə, bu məxluqların həddindən artıq təhlükəli xəstəliyə düçar olduqlarını görmək olar. Bu ünsürlər hər şeyə ləkə atırlar, gözlərinə görünən istənilən məsələni hədəfə alıb, təhqir edirlər. Onların yanaşmasına görə, cəmiyyətdə müsbət heç nə yoxdur, uğurlar, qələbələr mövcud deyil. Hətta bu üzdəniraq ünsürlər Qarabağ zəfərinə ləkə atmağa, xalqın qələbə sevincini, qürur hisslərini pərdələməyə cəhd edirlər.
Bu trol niyə Ermənistanın təxribatçı hərəkətlərindən danışmır?
Əli Kərimli, Fuad Qəhrəmanlı və digərləri ağız-ağıza verib iddia edirlər ki, guya Azərbaycan sülh istəmir. Nə qədər çaşasan və ya ağılını itirəsən ki, 44 günlük Vətən Müharibəsi ilə sənə böyük qürur yaşadan dövlətinə şər atasan. F.Qəhrəmanlı sosial şəbəkə hesabında yazır: “Azərbaycan iqtidarı sülh danışıqlarını uzatmağa çalışır, Azərbaycan ayağını sürüməklə danışıqlardan imtina edir”. Bu məxluqun gicin biri olduğu şübhəsizdir, lakin dəli ola biləcəyi inandırıcı deyil. Çünki dəlinin siyasətdə işi ola bilməz, bunu kimsə bilməsə də Ə.Kərimli gözəl anlayır. Ona görə də bu gic anlamır ki, Azərbaycanın sülhpərvər bir dövlət olduğunu bütün dünya bilir. Elə Ermənistanın sağlam düşüncəli bəzi siyasətçiləri də anlamamış deyillər. Bunun fonunda Azərbaycanı sülhə mane olmaqda qınamaq yalnız ağlında və düşüncəsində problemi olan şəxslər söyləyə bilər, necə ki, F.Qəhrəmanlı absurd iddia ilə çıxış edir. Ancaq sual olunur, bu trol niyə Ermənistanın təxribatçı hərəkətlərindən danışmır? Azərbaycanı ittiham edən bu antimilli ünsür indiyə qədər Ermənistanın təxribatçı mövqeyinə dair bir kəlmə danışmayıb, Fransa hakimiyyətinin Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyini tənqid etməyib, sülh prosesinə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən alqışlanan ədalətli yanaşmasını təqdir etməyib və s. Təbii ki, suallar çoxdur, lakin bu suallara F.Qəhrəmanlı cavab verə biləcəyi inandırıcı görünmür. Hətta istəsə belə F.Qəhrəmanlı bu kimi məntiqli və əsaslı suallara cavab verə bilməz. Çünki başdan ayağa qədər ləkəlidir, çirkab içindədir.
AXCP funksionerinin Ermənistana haqq qazandırmasının səbəbi bəlli olur
Faktlara istinad olunsa məlum olur ki, ümumiyyətlə, dağıdıcı müxalif ünsürlər özlərini gic yerinə qoyaraq Azərbaycanın uğurlarına kölgə salmağa, haqlı tələblərinə şübhə toxumu səpməyə çalışırlar. Yuxarıda qeyd etdiyimiz kimi, bir dəfə də olsun Azərbaycanın ədalətli mövqeyini müdafiə edən açıqlama verməyiblər. Bir qədər əvvəl Milli Şuranın üzvü Tofiq Yaqublu “Zəngəzur dəhlizi Azərbaycanın avantürasıdır”, - deyə bildirmişdir. Cəmil Həsənli deyilən məxluq isə Qarabağdakı ermənilərə humanitar yardımların çatdırılmasında əngəllərin yaradıldığını iddia edərək, bunun beynəlxalq birlik tərəfindən Azərbaycana zərbə olacağını bildirmişdir. Əli Kərimli isə 44 günlük Vətən Müharibəsində əldə olunan qələbənin Koçaryan və Sarkisyanın Azərbaycanın ərazilərini işğal etmələrindən artıq olmadığını söyləmişdir. İndiki məqamda F.Qəhrəmanlının “Azərbaycan iqtidarı sülh danışıqlarını uzatmağa çalışır, Azərbaycan ayağını sürüməklə danışıqlardan imtina edir”, - deyə bildirməsi ermənin lobbisinin maraqlarına xidmət edən separatçı açıqlamadan başqa bir şey olmadığını demək olar. Yəni, erməni lobbisinə xoş gəlmək üçün Azərbaycana yönəlik fikirlər səsləndirir. Lakin unudur ki, özgə yalı ilə uzağa getmək mümkün deyil. Gec-tez erməni lobbisi və xaricdəki maliyyə dairələri sizlərdən imtina edəcəklər, o zaman dövlətimizə sığınacaqsınız, aman istəyəcəksiniz, bağışlanmağınızı xahiş edəcəksiniz. O məqam da isə artıq gec olacaq. Bu baxımdan, “ziyanın yarısından geri qayıtmaq da xeyirdəndir”, - deyib ulularımız. Düşünün və nəzərə alın ki, vaxtınıza çox az qalıb.
İLHAM ƏLİYEV