PDF Oxu

Siyasət

  • 2 526

"Hər iki qardaş ölkə ümumi maraqlardan çıxış etməyi bacarır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Hər iki qardaş ölkə ümumi maraqlardan çıxış etməyi bacarır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Qazaxıstan-Azərbaycan münasibətləri çox qədim tarixə malik dostluq və qardaşlıq münasibətləridir". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.O bildirib ki, hazırkı mərhələdə hər iki ölkənin yerləşdiyi coğrafi mövqe Böyük İpək Yolunun orta dəhlizi üzrə həlledici coğrafiyadır: "Buna paralel olaraq hər iki qardaş ölkə Türk Dövlətləri Təşkilatının üzvü olmaqla ümumi maraqlardan çıxış etməyi bacarır. Belə olan halda dünyada baş verən logistika və kommunikasiya böhranı kontekstində orta dəhlizin aktuallaşdığı bir vaxtda Qazaxıstan və Azərbaycanın mövqeyi daha da önə çıxır.Qardaş ölkənin Prezidenti Qasım-Comərd Tokayev qeyd etdi ki, bu dəhlizin işə düşməsi üçün 11 min kilometr dəmir yolu yenidən qurulur. Əlavə yeni dəmir yolları çəkiləcəkdir. Simvolik olaraq orta yoldan gələn qatarların qəbul olunması da bu istiqamətdə hər iki ölkənin resurslarının birgə səfərbər ediləcəyindən xəbər verir. Əlbəttə ki, Azərbaycan-Qazaxıstan arasında imzalanan sənədlər sadəcə siyasi-iqtisadi sənədlər deyil, həm də mədəni-humanitar sahəni əhatə edən sənədlər idi. Çünki nəticə etibarilə eyni etnik kökdən gələn, eyni dili, dini paylaşan xalqların dövlətlərarası münasibətlərində bu əlamətlərin də çox mühüm rolu var"."Təsadüfi deyil ki, qardaş ölkənin Prezidenti Füzuli rayonunda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edərkən bu yaradıcılıq mərkəzini Qazax xalqının Azərbaycan xalqına hədiyyəsi kimi qiymətləndirdi. Doğurdan da, bu heç şübhəsiz ki, ortaq mədəniyyətimizin, ortaq tariximizin, Tomrisdən başlayıb bu günə qədər gələn ulu keçmişimizin yeni tarixi düşüncədə, yeni milli yaddaşda dövlətlərarası münasibətlər üçün səfərbər edilməsinə həsr olunacaqdır ki, bu da önümüzdəki tarixi mərhələdə həm Qazaxıstan-Azərbaycan münasibətlərinin, həm də Türk Dövlətləri Təşkilatının münasibətlərinin daha da möhkəmlənməsinə xidmət göstərəcəkdir. Çünki Azərbaycan Prezidenti qeyd etmişdi ki, türk dövlətləri yeni dünya nizamında mühüm güc mərkəzlərindən birinə çevrilə bilər. Atılan addımlar da həyata keçirilən layihələr də məhz buna xidmət edir"- deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər