PDF Oxu

Siyasət

  • 2 050

"Təhlükəsizlik məsələsində əməkdaşlıq genişləndirilməlidir” - ŞƏRH EDİLDİ

"Təhlükəsizlik məsələsində əməkdaşlıq genişləndirilməlidir” - ŞƏRH EDİLDİ

Martın 15-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri arasında üçtərəfli görüş keçiriləcək. Görüşdən gözləntilər nələrdir, ölkələr arasındakı münasibətlərə təsiri necə olacaq? SİA mövzu ilə bağlı politoloq Elxan Şahinoğlunun fikrini öyrənib.Onun sözlərinə görə, Gürcüstan Azərbaycanın strateji tərəfdaşı, Türkiyə isə müttəfiqidir: “Bu üçlü format uzun müddətdir fəaliyyət göstərir. Bölgədə bu format əsasında üçtərəfli əməkdaşlığın genişlənməsinə ehtiyac var. Bu format çərçivəsində ölkələrimiz arasında ortaq layihələrimiz var. Təhlükəsizlik məsələsində də əməkdaşlıq genişləndirilməlidir”.Politoloq qeyd edib ki, bundan əlavə Azərbaycan cəmiyyətində Gürcüstanla bağlı müəyyən suallar var ki, onlara cavab axtarılır: “Bu sual odur ki, Fransa Ermənistana silah tədarükü edərkən Gürcüstan ərazisindən keçirəcəkmi? Biz istəmərik ki, Azərbaycanın strateji tərəfdaşı olan Gürcüstan bu məsələdə Ermənistana kömək etsin. Ona görə də Gürcüstanla həm ikitərəfli əlaqələr, həm də üçtərəfli format çərçivəsində münasibətlər vacibdir. Keçiriləcək üçtərəfli görüş siyasi, iqtisadi, hərbi əməkdaşlığın inkişafı üçün çox əhəmiyyətlidir”.

Müəllif: Rəşid Qarayev

Digər xəbərlər