PDF Oxu

Siyasət

  • 1 879

"Bu cür fikirlərin söylənilməsi xəyanətkar bir mövqedir” - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu cür fikirlərin söylənilməsi xəyanətkar bir mövqedir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Əli Kərimlinin “Xarici siyasətimiz nəyə görə Türkiyə ilə koordinasiya olunmur? Rejimin səhv siyasəti Ermənistanın müttəfiqlərini necə artırır? Türkiyənin alacağı yeni, son model F-16 bizim də təhlükəsizliyimizə təminat verə bilər” kimi fikirləri əslində çox zərərli bir münasibət sərgiləyib. Məsələ ondadır ki, Azərbaycan dövləti Türkiyə ilə ümumiyyətlə koordinasiyada fəaliyyət göstərir. Həm Türk Dövlətləri Təşkilatının, həm də ikitərəfli məsələlərdə bu belədir. Belə bir məsələdə Azərbaycanı ittiham etmək ən azı siyasi əxlaqsızlıqdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Cümşüd Nuriyev sözlərinə belə davam edib: “İkincisi, Azərbaycanın ərazisi o boyda deyil ki, F-16-larla yəni özünün təhlükəsizliyini təmin etsin. Azərbaycanın təhlükəsizliyi üçün lazım olan hər bir silah alınıb və bu silahlar da Azərbaycanı tam təmin edir. Təbii ki bu Qənimət Zahidlə Əli Kərimlinin ortaq münasibətləri var, birgə çalışıblar. Bu o demək deyil ki onların dediyi hər söz Quran ayəsi kimi qəbul olunmalıdır.Qaldı ki, Azərbaycan o bütün qonşu dövlətlərlə münasibətlərini sərbəst saxlayır, öz maraqlarına uyğun hərəkət edir və bizim hal-hazırdakı milli maraqlarımıza uyğun olaraq Rusiya ilə münasibətlər də kifayət qədər istidir. Azərbaycan Rusiyaya sığınmayıb, Azərbaycan çox ağıllı hərəkət etdi. Yəni, 22 fevral 2022-ci ildə Rusiya ilə 43 bəndli bir ikitərəfli bəyannamə imzaladı və Azərbaycan öz təhlükəsizliyini təmin edir. Burada başqa bir şey düşünmək doğru deyil. Maraqlıdır ki, bu fikirlər Əli Kərimliyə yəqin ki Fransadan ötürülüb. Çünki eynilə bu cür Fransa və ABŞ düşünür. Adam da başa düşmür ki, Fransanın fikirləri ermənilərin fikirləridir. Bəlkə də başa düşür o elə deyil. Qaldı ki Avropa ilə münasibətlərə, onda gərək Əli Kərimlinin uşaqları, ailəsi gəlsin bura ki onlar Avropada yaşayırlar.Bizim Türkiyə ilə münasibətlərimizdə hər hansı bir dəyişiklik yoxdur. Türkiyənin Cənubi Qafqazda Rusiyanın boşalan yerini tutmaq iddiası ümumiyyətlə ağılsızlıqdır, siyasi korluqdur. Cənubi Qafqazdan nə vaxt Rusiya çıxıb ki, Türkiyə onun yerini tutmaq istəsin. Əksinə, Türkiyə Azərbaycanın Cənubi Qafqazda yenidən əsarət altına düşməməsi üçün siyasi təzyiqlərə Azərbaycanla birgə cavab verir və bu heç də o demək deyil ki, biz Rusiyaya sığınmışıq. Bəli, bizim Rusiya ilə münasibətlərimiz normaldır. Avropa Birliyi və ABŞ birliyi ilə müqayisədə Rusiyanın Azərbaycana olan münasibəti çox ədalətlidir. Ona görə də bu cür fikirlərin söylənilməsi xəyanətkar bir mövqedir və qəti şəkildə pisləyirəm”.

Ayşən Vəli

Digər xəbərlər