ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono İrəvanda Ermənistan parlament sədrinin müavini, Türkiyə ilə danışıqlar aparan nümayəndə heyətinin başçısı Ruben Rubinyanla görüşüb. “Novosti Armenia”nın xəbərində deyilir ki, bu barədə Ermənistan parlamentinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.
Bildirilib ki, görüşdə Türkiyə-Ermənistan normallaşma prosesinin gedişi müzakirə olunub. Tərəflər Cənubi Qafqazda təhlükəsizliyə dair məsələlərə də toxunublar.
Mətləb