Martın 14-də Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının inzibati binasında Prezident cənab İlham Əliyevin fevralın 7-də Prezident seçkilərində əldə etdiyi parlaq qələbə və yenidən xalqın mütləq əksəriyyətinin etimadını qazanıb dövlət başçısı vəzifəsinə seçilməsinə həsr edilmiş rəsm sərgisinə baxış keçirilib.
Sərgidə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakmiyyətinin başçısı Elşad Həsənov, YAP Veteranlar Şurasının üzvü, “91-lər” dən olan Şahlar Əsgərov, YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Milli Məclisin deputatları Elnur Allahverdiyev, Soltan Məmmədov, Jalə Əliyeva və Ramin Məmmədov, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov,Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru Əli Abbasov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri Ədalət Qasımov, AMEA Fəlsəfə və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri Rəna Mirzəzadə, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (Humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (Humanitar fakültələr üzrə) kafedrasının professoru Nuru Məmmədov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyyətinin əməkdaşları, ərazi üzrə partiya təşkilatlarının sədr, sədr müavinləri iştirak edib.
“Qalib liderlə yeni zirvələrə doğru” adlı sərgidə 25 rəssamın 40-dan çox əl işi nümayiş olunub. Əsərlər Ulu öndər Heydər Əliyevə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbəyə, Qarabağ mövzularına həsr edilib.
Çıxışlarda qeyd olunub ki, fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutmuşdur. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan əldə etdiyi tarixi Zəfərlərlə yeni zirvələr fəth edir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir.
Sərgi 17 saylı Yasamal üçüncü seçki dairəsinin deputatı Elnur Allahverdiyevin təşəbbüsü və YAP Yasamal Rayon Təşkilatının dəstəyi ilə ərsəyə gəlib. Millət vəkilinin seçicisi, Rəssamlar İttifaqının üzvü Ceyhun Abdullayevlə sənət dostlarının sərgidə nümayiş etdirilən əl işləri böyük marağa səbəb olub.
Sərginin sonunda rəsm müəlliflərinə təşəkkürnamələr və qiymətli hədiyyələr təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.