Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 11 mart 2024-cü il tarixində Bakı şəhərində Qazaxstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevlə görüşü baş tutmuşdur.
Qazaxstan-Azərbaycan münasibətləri mədəni və tarixi köklərə malik türk dövlətləridir. Dini, mədəni və etnik dəyərlər baxımından bir-birinə çox yaxındırlar. İki ölkə arasında dostluq və tarixə söykənən dini, milli dəyərlər vardır. Qazaxstanda yaşayan azərbaycanlılar bu ölkənin kənd təsərrüfatı, elm, incəsənət və digər sahələrində çalışırlar. Bu, ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycan-Qazaxstan münasibətlərinin inkişafı Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində mümkün olub.
İkitərəfli mədəni əlaqələr baxımından Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq İnkişafı Mərkəzi tikilir. Ölkəmizin başçısı tərəfindən yüksək bu addım xalqlarımızın dostluğunun və qardaşlığının rəmzlərindən biridir. Qazaxstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı ölkəmizin başçısı ilə birlikdə Füzulidə həmin Yaradıcılıq Mərkəzinin layihəsi ilə tanış oldular. Füzuli şəhərində artıq məkan müəyyən edilmiş, yəni, layihə dörd böyük istiqamətdən ibarətdir: musiqi – vokal və xor oxuma, müasir texnologiyalar, sənət və yaradıcılıq – dulusçuluq sənəti, heykəltaraşlıq və əlbəttə ki, idman – oyun zalları, xoreoqrafiya nəzərdə tutulub.
İstər siyasi müstəvidə, istərsə də xalqlarımızın bir-birinə münasibətində həmişə doğmalıq olub. Qazaxstanda Dahi lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş sənədli filmdə Qazaxstan-Azərbaycan dostluq münasibətlərinin inkişafında dahi liderin xidmətlərindən, filmdə hər iki ölkənin siyasi, dövlət və ictimai xadimlərinin Ulu öndərlə bağlı xatirələrdən bəhs olunur. Həmin filmin çəkilişləri Astana, Aktau və Bakıda aparılıb. Türk dünyasını birləşdirmək üçün əlindən gələni edən Ulu öndərin adına Qazaxstanda küçəyə adı verilib.
Qazaxstanda və Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi xalqlarımızı daha da yaxınlaşdırmaqla yanaşı, həm də qədim köklərə malik mədəniyyətimizi daha da zənginləşdirir.
Ortaq tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və etməkdə də davam edəcəkdir.
Nigar Abdullayeva
YAP Yasamal rayonAMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini