Dünya iqlim dəyişmələri ilə bağlı bizim təcili cavab tədbirlərimizi səbirsizliklə gözləyir. Azərbaycan COP29-a ev sahibliyi edəcək. COP29 iqlim dəyişmələri ilə bağlı atılacaq addımlara mühüm töhfə verəcək. COP29 ərəfəsində biz maliyyəni buraya cəlb etməliyik. SİA xəbər verir ki, bu sözləri BMT-nin İnkişaf Proqramının Administratoru Açim Steyner XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar” mövzusunda panel iclasında çıxışı zamanı deyib.O bildirib ki, iqlim dəyşmələrinə qarşı daha çox irad bildirmək lazımdır. Eyni zamanda, dünya bir razılığa gəlməlidir, kollektiv şəkildə tədbirlər görməlidir.“2024-cü ildə bütövlükdə iqlim dəyişmələri məsələsi milli dayanıqlı inkişaf məqsədlərində öz əksini tapır. Çox ölkə artıq bərpaolunan enerjiyə keçid edib”,- deyə Açim Steyner əlavə edib.
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...