“Hər dövrün öz tələbləri olur. Azərbaycanda da son illərdə islahatlarla bağlı çox uğurlu tədbirlər keçirilir. Həyata keçirilən mühüm əhəmiyyətli tədbirlərin nəticələri də göz qabağındadır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov deyib. Deputat bildirib ki, müasir tələblərə cavab verən formada işlərin qurulması üçün gənclərin potensialından istifadə etmək mühüm məsələdir: “Onların dünyagörüşü, intellektual səviyyəsinin yüksək səviyyədə olması, dünya standartlarına cavab verən, qabiliyyətli gənclərin irəli çəkilməsi günün tələblərinə tam uyğundur: “Bu istiqamətdə atılan addımların uğurları nəticələri də özünü bütün sahələr üzrə göstərir. Qloballaşan dövrdə verilən tapşırıqların dövlət səviyyəsində yerlərdə icra olunması, onların təbliği olaraq çox işgüzar və məhsuliyyətli gənclərə, kadrlara bu gün ehtiyac var. Zənnimcə, dövlətin bu istiqamətdə gənclərlə bağlı həyata keçirdiyi siyasət, gənclərin irəli çəkilməsi olduqca doğru və uğurlu addımdır. Bu mənada gənclərin vətənpərvər ruhda böyüməsi və xaricdə təhsil almalarının təmin edilməsi üçün də vacib işlər görülür, dövlət proqramları qəbul olunur”.