PDF Oxu

Siyasət

  • 2 759

"Azərbaycan haqq yolundan çəkinməyəcək" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

"Azərbaycan haqq yolundan çəkinməyəcək" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda 68 ölkədən 400 dən çox nümayəndənin iştirak etməsi onun potensialından və geniş miqyaslı fəaliyyətindən xəbər verir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri qeyd edib ki, bu Forumun təşkili və Bakıda səmərəli keçirilməsi ölkəmizin beynəlxalq aləmdəki yüksək nüfuzun göstəricisi olmaqla, uğurlarımıza bir baxışdır.“Sevindirici haldır ki, ötən illərdən fərqli olaraq bu möhtəbər tədbir bu il Azərbaycanın öz suverenliyini tam bərpa etdiyi bir şəraitdə keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forumda dərin məzmunlu çıxışı dünyada baş verən hadisələrə yeni bir məna vermiş və iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir. Bu, əlbəttə regiondakı dəyişikliklərlə, beynəlxalq aləmin, ilk növbədə Avropanın, Qərbin Azərbaycana qeyri-sağlam münasibətləri, haqqın-ədalətin bərpa edilməsi, hadisələrə ikili standartlardan yanaşılması ilə əlaqədardır. Dövlətimizin rəhbəri bildirmişdir ki, “Beynəlxalq hüququn normaları bizim tərəfimizdə idi, Azərbaycan qeyri-qanuni işğala, etnik təmizləməyə və soyqırıma məruz qalmışdı. Biz ədaləti və beynəlxalq hüququ özümüz bərpa etdik. Bizə heç kəs kömək etmədi, biz bunu özümüz etdik”.Çox təəssüflər olsun ki, Azərbaycan Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin böyük siyasəti, müzəffər ordumuzun gücü, xalqımızın yenilməz birliyi nəticəsində azad olunan torpaqlarımızın bu günü, tarixi qələbəmiz nəinki Ermənistanı, təcavüzkarların havadarlarını xüsusilə Fransanı, Qərbi, bir çox Avropa dövlətlərini ciddi narahat etməkdədir və onlar Azərbaycanın əleyhinə böhtan, şantaj kompaniyası keçirir, saxta bəyanatlar yayır, qətnamələr qəbul edirlər. Bu gün Fransa Ermənistanı silahlandırmaqdadır. BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycan əleyhinə qərarların qəbuluna, sanksiyaların tətbiqinə nail ola bilməyən Emmanuel Makron bu gün açıq-açığına Ermənistanı Azərbaycana qarşı müharibəyə təhrik edir və Cənubi Qafqazda möhkəmlənmək üçün bütün çirkin vasitələrə əl atır. Azərbaycan Prezidenti öz çıxışında belə hallara qarşı beynəlxalq aləmin birgə mübarizə aparmasının, münasibət bildirməsinin vacibliyini qeyd etməklə bərabər, həm də dövlətimizin tutduğu mübarizə mövqeyindən çəkinməyəcəyini, haqqın, ədalətin bərpası yolunda sona kimi mübarizə aparılacağını qeyd etmişdir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər