Siyasət

  • 1 302

Şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb

image

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının təşəbbüsü ilə Novruz bayramı münasibətilə şəhid, qazi və aztəminatlı ailələrə yardım göstərilib.

Aksiya çərçivəsində Nərimanov rayonu ərazisində yaşayan 60-a yaxın şəhid, qazi və aztəminatlı ailəyə gündəlik ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim olunub.
YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev şəhid, qazi, aztəminatlı ailələr ilə görüşərək onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, Vətən müharibəsində və antiterror tədbirləri zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin, əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşadığını bildirib.
Şəhidlərin ailə üzvlərinin hər zaman dövlətin və partiyanın diqqətində olduğu vurğulanıb.
Aksiyada YAP Nərimanov rayon təşkilatı ilə yanaşı “Baku Steel Company” QSC və “Avrora Qrup” MMC üzrə ərazi partiya təşkilatları da iştirak edərək öz bayram sovqatlarını ailələrə çatdırıblar.
Şəhid, qazi və aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, humanitar yardım aksiyası 2 gün davam edib.

Digər xəbərlər