PDF Oxu

Siyasət

  • 1 361

Fransa bəşəriyyətin varlğına təhlükə yaradan dövlətə çevrilir - TƏHLİL

Fransa bəşəriyyətin varlğına təhlükə yaradan dövlətə çevrilir - TƏHLİL

Dünya yeni müharibələrə, münaqişələrə cəlb olunmaqdadır. Xüsusilə də sakit, sabit bölgə olaraq xarakterizə olunan Avropa, növbəti dağıdıcı müharibələrin qurbanı ola bilər. Hətta Rusiya prezidenti Vladimir Putinin Qərbi və ABŞ nüvə müharibəsi ilə hədələməsi və buna cavab olaraq Fransa prezidenti E.Makronun “biz də nüvə müharibəsinə hazırıq” deyə hədə mesajına soyuqqanlı şəkil də cavab verməsi bəşəriyyətin olum, qalım astanasında olduğunu göstərir. Əgər siyasi şərhçilər 3 - cü dünya müharibəsinin İzrail-HAMAS müharibəsi zonasından başlayacağını ehtimal edirdilərsə, artıq diqqətlər Ukrayna-Rusiya müharibəsi zonasına yönəlib. E. Makronun “imkan verməyəcəyik ki, Rusiya Ukrayna üzərində qələbə qazansın, biz müharibə zonasına qoşun göndərəcəyik” deyə bildirməsindən sonra, üçüncü dünya müharibəsinin olmasına şübhə ilə yanaşanlar, artıq ciddi şəkil də düşünməyə və narahat olmağa başlayıblar. Təbii ki, 3 - cü dünya müharibbəsinin baş verməsi və nüvə silahının işə düşməsi bəşəriyyətin sonu ola bilər. Bunu dünyanın aparıcı dövlətləri bilsələr də vəziyyətin stabilləşdirilməsi üçün lazımi addımlar atmırlar. Əksinə Fransa prezidenti Makron hədləyici bəyanatlarını daha açıq və geniş forma da səsləndirməkdədir. Söz yox ki, Makron heç də bu cür hədə ritorikası ilə səmimi şəkil də Ukraynanın yanında olduğunu, Zeliniskinin halına canıyananlıq etdiyini göstərir. Əslin də Fransanın Afrikadan rüsvayçı formada qovulmasından və dünya siyasətində yerinin tamamilə zədələnməsindən sonra Makron ölkəsinin imicini ən azı qoruyub, saxlamaq üçün pafoslu mövqe sərgiləyir. Məlum faktdır ki, Fransa açıq şəkildə müstəmləkə siyasəti aparan və terroru dəstəkləyən, maliyyələşdirən dövlətlər sırasında yer alır. Bu baxımdan belə bir dövlət dünyada sülhə və təhlükəsizliyə heç bir halda tövfhə verə bilməz.

Natavanın heykəlinə qarşı törədilən vandalizm aktı Makron hakimiyyətinin vəhşiliyinin daha bir nümunəsi sayıla bilər

Fransada muzdullu dəstələrin iştirakı ilə Azərbaycanın körkəmli şairəsi Natavanın heykəlinə qarşı törədilən vandalizm aktı Makron hakimiyyətinin vəhşiliyinin daha bir nümunəsi sayıla bilər. Həm də təsdiq olunur ki, heykələ qarşı törədilən vandalizm ermənilərin Xocalıda törətdikləri soyqırımı aktlarından heç nə ilə fərqlənmir. Azərbaycan Prezidenti İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı bildirdi ki, heykəl ki, Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirib orada yerləşdirilib: “Bir neçə ay sərf etməli olduq ki, həmin abidəni (Natəvanın vandalizm aktına məruz qalmış heykəli – red.) Eviandan götürüb Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirib orada yerləşdirək. Hazırda Natəvanın abidəsi oradadır. Prezident İlham Əliyev həmçinin qeyd edib: “Bu, əslində, onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində, ikili standartların nümayişidir”. Fransanın müstəmkə siyasəti apardığı, harada olubsa orada qan tökdüyü, kütləvi şəkil də unsanları qətlə yetirdiyini sübut edən minlərlə fakt mövcuddur. Ali kürsülər də Fransanın vəhşiliyi qeyd olunub. Bakıda keçirilən 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən olan nümayəndələrin iştirak etdiyi “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda konfransda müstəmləkə altında əzilən xalqların nümayəndələri Fransanı müstəmləkəçiliyə son qoyulmasına çağırışını etdilər. Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqının nümayəndəsi Jan Jakob Bisep beynəlxalq konfransda çıxışı zamanı bildirdi ki, dörd əsrdir ki, biz Fransanın təzyiqi altında yaşayırıq: “Ölkəmiz Fransanın müstəmləkəçiliyi dövründən bəri öz haqları uğrunda mübarizə aparır. Fransızlar bizim ərazilərdə işləyir, yerli əhali isə işsizdir. Azadlığımız üçün mitinqlər təşkil edirik ki, səsimiz eşidilsin, amma buna görə həbsə atılırıq. Biz Fransa müstəmləkəçiliyi ilə mübarizəmizi davam etdiririk. Bu ölkənin ədalətsizliyindən çox əziyyət çəkirik”. Böyük Britaniyanın "CAGE" müstəqil insan haqları təşkilatının icraçı direktoru Məhəmməd Rəbbani isə konfransda çıxışında bildirdi ki, Fransa müsəlmanların uşaqlarını kriminallaşdırır: “Fransada etirazların strateji olaraq yatırılması trayektoriyası əks olunub. Burada hazırkı irqçilik və islamofobiya siyasətinə qarşı tənqidləri susdurmağa çalışırlar. Müsəlmanların üzərinə müxtəlif cinayətləri atırlar. Onların özünüifadə hüququ tapdalanır, qızların məktəblərdə müsəlman geyimləri geyinməsi qadağan olunur”.

Konfrans iştirakçısı Yeni Kaledoniyanın Sosialist və milli KANAK azadlığı cəbhəsinin BMT-dəki nümayəndəsi Xanım Maqalie Tinqal çıxışında Yeni Kaledoniya xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə bəyanatına görə təşəkkür edib: “Bu, çox güclü və çox doğru bəyanat idi.Fransa çox ikiüzlüdür. Azərbaycan Prezidentinə bizim vəziyyətimizlə bağlı bəyanatına görə təşəkkür edirəm. Biz bu gün Yeni Kaledoniyada çox böyük problemlərlə üzləşirik. Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı 2021-ci ilin 12 dekabrında keçirilmiş referendum pandemiya dövründə təsadüf etdi. Ona görə də biz bunun təxirə salınmasını istədik. Lakin Fransa referendumu saxladı, nəticədə Yeni Kaledoniya əhalisinin 57 faizi referendumda iştirak edə bilmədi. Fransanın bu referendumu saxlaması ikiüzlülükdür. Biz öz hüquqlarımız uğrunda mübarizə aparacağıq. Ona görə də bu məsələni Beynəlxalq Ədalət Məhkəməsində qaldıracağıq”.

Fransa Rusiya -Ukrayna müharibəsinə qoşulmaqla dağıtıntılarda, insan qətliamında iştirak etməyə çalışır

Vəhşliyi ilə seçilən Fransa yeni münaqişələr də, müharibələr də iştirak etmək üçün həvəsli görünür. Bu dəfə Rusiya -Ukrayna müharibəsinə qoşulmaqla dağıtıntılarda, insan qətliamında iştirak etməyə çalışır. Artıq bu məqəsdlə Makron hakimiyyəti hazırlıqlara başlayıb. Bunu E.Makron açıq şəkil də qeyd edir və özünə tərəfdarlar tapmaq üçün dövlət başçıları ilə danışıqlar aparır. Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndəriləcəyini istisna etməyib. E.Makron bildirib ki, “Bu gün quru qoşunlarının rəsmi olaraq göndərilməsi ilə bağlı konsensus yoxdur, lakin dinamik inkişafda heç nəyi istisna etmək olmaz”. Emmanuel Makron Parisdə Ukraynaya yardıma dair konfransın yekununda bu barədə danışıb, lakin o, hansı ölkələrin qoşun göndərmək imkanını nəzərdən keçirdiyini dəqiqləşdirməkdən imtina edib. İclasda iştirak edən Polşa prezidenti Anjey Duda da Makronun sözlərini təsdiqləyib. O bildirib ki, əsas müzakirə Ukraynaya qoşun göndərib-göndərməməkdən gedir: “Bu məsələ ilə bağlı heç bir razılaşma olmayıb".

İsveç mətbuatına istinadən xəbər verir ki, bu barədə İsveçin Baş naziri Kristersson Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya hərbçi göndərilməsi fikri ilə bağlı danışarkən bildirib ki, bir ölkə dünyanın istənilən nöqtəsinə ordu göndərirsə, bu NATO-nun ümumi qərarı deyil. Onun sözlərinə görə, İsveçin Ukraynaya qoşun göndərməsi üçün heç də uyğun zaman deyil.

Baş nazir Kristersson bildirib ki, Emmanuel Makron NATO-nun yox, Fransanın Ukraynaya qoşun göndərib-göndərməməsini müzakirə edə bilər."Əgər bir ölkə dünyanın başqa yerinə qoşun göndərmək istəyirsə, bu, NATO-ya təsir etmir. Fransanın ənənəsi İsveç ənənəsi deyil", - o əlavə edib.

Fransanın müdafiə naziri Sebastyen Lekorn isə bildirib ki, Ukraynaya qoşun göndərilməsi Rusiyaya qarşı müharibə aparmaq üçün qoşun göndərmək deyi. Onun sözlərinə görə Parisdə keçirilmiş konfrans zamanı Avropa liderləri Ukraynaya yardımı artırmaq üçün müxtəlif ideyalar təklif ediblər, o cümlədən Ukraynada minalardan təmizləmə yardımının genişləndirilməsi və Ukrayna qoşunları üçün təlimlərin artırılması: “Bu cür tədbirlərlə bağlı konsensus əldə olunmayıb”.

Faktlara və baş verən proselərə əsasən demək olar ki, Fransa dünyada sabitliyin pozulmasında, müharibələrin, münaqişlərin yaranmasında maraqlı dövlətdir. Bəzən qızışdırıcı mövqe tutmaqla dövlətlərarasında münaqişələrin yaranmasına cəhdlər göstərir. Müharibələrin sayı çox olarsa Fransa kərəksiz və keyfiyyətsiz silah sursatını müharibə aparan dövlətlərə satmaq imkanı qazanmış olacaq. Düşüncə yoxdur ki, həmin silahlar minlərlə insanın itkisinə yol açır, yüzlərlə yaşayış məskənin dağıdılıb, viran edilməsinə səbəb olur. Bu gün Fransa dünyada silah ixracatçılarının ilk beşliyindədir. Raket silahı 23 faiz, radioelektronika 22 faiz və aviasiya texnikası 21 faiz təşkil edir. Ölkənin silah istehsal edən şirkətləri dünyanın 130 ölkəsinə silah satışını həyat keçirilər. Əsa silah alıcıları Səudiyyə Ərəbistanı, Misir, Hindistan, BƏƏ və Qətərdir. Fransa “bacı” sı hesab etdiyi Ermənistana da silah satışını həyat keçirir. Bu gün silah arselanını daha da gücləndirən Fransa yeni silah alıcıları tapmaq ümidi ilə axtarışlar aparır.

Fransa işğal etdiyi ərazilərdə kütləvi qırğınlar törədən dövlət olaraq da tanınır

Fransa dünyada işğal etdiyi ərazilərdə kütləvi qırğınlar törədən dövlət olaraq da tanınır. Hətta müstəmləkəsi olan dövlətlərin xalqlarını zəhərləmək üçün nüvə sınaqları da həyata keçirir. Misal olaraq, 1960-1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reqqan və İn Ekker adlı ərazilərində Fransa tərəfindən 17 nüvə sınağının gerçəkləşdirilməsini göstərmək olar. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bu günədək Əlcəzair tərəfinə təqdim etmir. Eyni zamanda Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın verilməsi məsələsindən də boyun qaçırır. İşğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir. Nəticədə, Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yerlərdən birini tutur. Ermənistan müttəfiqi Fransanın ənənələrini davam etdirərək işğal etdiyi Azərbaycan torpaqlarında bir milyondan artıq mina basdırmışdır və dəqiq mina xəritələrini ölkəmizə verməkdən imtina edir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın qəbul edilməsindən ötən dövrdə 270-ə yaxın Azərbaycan vətəndaşının mina qurbanına çevrilməsinin Fransa tərəfindən bir dəfə də olsa pislənilməməsi bu ölkənin humanitar hüquqa necə selektiv yanaşdığını növbəti dəfə nümayiş etdirir. Əlcəzairin 1830-1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən qətlə yetirildiyindən bu ölkə "1,5 milyon şəhid ölkəsi" adlandırılır. 1832-ci ildə El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilmiş, qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam öldürülmüşdür. 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülmüş, 5 minə yaxın adam həbs olunmuş, 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilmişdir. 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxmışdır. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilmiş, mindən çox şəxs həbs edilmişdir. Bu hadisə tarixə "Sena qətliamı" kimi daxil olmuşdur..Fransanın işğal etdiyi Cibuti, Nigeriya və Çadda xalqın islam təhsili alması qadağan edilmiş, məscid və mədrəsələr dağıdılmışdı. Müsəlman alimləri həbs edilmiş, müqavimət göstərən on minlərlə insan qətlə yetirilmişdi. Tarixə "elm adamlarının soyqırımı" kimi həkk olunan hadisəni də fransızlar törətmişlər. Fransızlar 1917-ci ildə Çadda dini həyatı yenidən nizamlamaq adı altında konfrans təşkil edərək tədbirə qatılan 400-ə yaxın müsəlman elm adamının hamısını güllələmişlər. Dəhətli faktlar ondan ibarətdir ki, müstəmləkə müharibələrində öldürülən döyüşçülərin 18 min ədəd kəllə sümüyü Parisin İnsan Muzeyində saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümüklərinin 500-dən çoxu əlcəzairli döyüşçülərin kəllə sümükləridir. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbini Fransa hələ də tam yerinə yetirmir. Fransa Mərakeşdə, Tunisdə, Vyetnamda, Ruandada, Malidə və digər işğal etdiyi 50 –yə yaxın ölkədə qanlı vəhşiliklər törətmiş və nəticədə yüz minlərlə insan həyatını itirmişdir. Təbii ki, dünya birliyi Fransanın vəhşiliklərinə sona qədər göz yummayacaq. Nəhayət bu hələ də orta əsrlər təfəkkrü ilə idarəetmə quran və insan ölümlərinə, işğallara həvəsli olan Fransanını durduracaqlar. O zaman heç şübhəsiz ki, Fransa bir dövlət olaraq varlığını itirə bilər.

İLHAM ƏLİYEV

Digər xəbərlər