Son günlər dağıdıcı müxalifət və xaricdəki antimilli ünsürlər bütün çirkin vasitə və üsullardan istifadə etməklə Azərbaycan dövlətinin imicinə ləkə vurmağa hesablanan kampaniya aparırlar. Bu da onu təsdiq edir ki, eyni boyda və imicdə olan ünsürlər maddi və mənəvi dəstək aldıqları xarici şəbəkədən xüsusi tapşırıqlar alıblar. Yoxsa əgər belə olmasa idi, Ə.Kərimli bəyanat yayaraq beynəlxalq təşkilatları Azərbaycan qarşı sanksiya tətbiq etməyə çağırmazdır. Fikir verin, Ermənistandakı revanşistlər, o cümlədən erməni arxiyepiskopu, Fransadakı makronçular, ABŞ-dakı ermənipərəst konqresmenlər və digər qüvvələr Azərbaycana sanksiyaların tətbiq olunması çağırışları ilə çıxış edirlər, eyni mövqeyi Azərbaycanda doğulub çörəyini yeyib, suyunu içən Ə.Kərimlidə sərgiləyir.
Sual yaranır, niyə Ə.Kərimli erməni arxiyepiskopu kimi düşünür və çağırış edir? Nədən “Yurd” şefi Azərbaycan dövlətinə və xalqına qarşı düşmən mövqe sərgiləyir? Pul, mənəvi dəstək bu qədərmi qiymətlidir? Ola bilər, radikallar pul-para əldə etsinlər, lakin heç bir halda cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllərə nail ola bilməyəcəklər. Bütün dövrlərdə, o cümlədən Vətən Müharibəsi dövründə sübuta yetirildi ki, xalq ən çətin məqamda öz lideri ətrafında daha sıx birləşir, Onun siyasətini daha böyük qətiyyətlə və əzmlə müdafiə edir. Ona görə də, xarici qüvvələrə arxalanıb, pozuculuq aktları planlaşdırmağa hazırlaşan dağıdıcı müxalifətə ən layiqli cavabı elə xalq verəcək. Daha doğrusu görünən ondan ibarətdir ki, xalq bütün mənalar da dağıdıcı müxalifəti rədd edir, onların cəzalandırılması üçün hüquq - mühafizə orqanları qarşısında məsələ qaldırırlar. Eyni mənfi münasibət xaricdəki antimilli ünsürlərə qarşıda nümayiş etdirilir. Bu faktlar da təsdiq edir ki, Azərbaycan cəmiyyətin də dağıdıcı ünsürlərə və xaricdəki antimilli qüvvələrə dərin nifrət və hiddət mövcuddur.
Sevinc Osmanqızı ləkəli imicini təmizləməyə çalışırs
Hazır ki, mərhələ də görünən ondan ibarətdir ki, AXCP, Müsavat, Milli Şura liderləri deyə bilmədikləri təhqirləri, söyüş ritorikasını xaricdəki antimilli ünsürlər vasitəsi ilə səsləndirilər. Səbəbsiz yerə deyil ki, ABŞ-da veyillənən Sevinc Osmanqızı “söyüş ritorikasını siyasətə Əli Kərimli gətirib” deyə bildirib. Eyni zaman da S.Osmanqızı qeyd edib ki, AXCP funksionerlərinin sifarişi əsasında Qabil Məmmədov Azərbaycandakı insanları hədəfə alıb, təhqir edir: “Mənim milyonlarımız AXCP-nin “Qabil TV” si araşdırır. Guya mənim ABŞ-da, Londonda mülklərim, obyektlərim var, Azərbaycanda isti əlaqələr qurub, informasiya bölüşdüyüm insanlar var”.
Əli Kərimlinin Sevinc Osmanqızı haqqında Qabilə ötürdüyü informasiyaların həqiqətə nə qədər yaxın olduğunu demək çətin olsa da ortada olan fakt ondan ibarətdir ki, S,Osmanızı təkbaşına, dayaqsız ABŞ-da iş qurub, yaşaya biləcəyi inandırıcı deyil. Söz yox ki, Ə.Kərimlinin də bəhrələndiyi şəbəkə ona himayədarlıq edir. Məhz göstərilən dəstəyin nəticəsində S.Osmanqızı ABŞ-da özünə ev və aylıq 12 min dolla olan maaş almağa nail olub. “Osmanıqızı TV” cəbhəçilərin dəstəyindən məhrum olsa da onların yerini Avropadakı antimilli ünsürlər əvəzləyib. Hər gün Trol Sadıqlı özünün səsrsəm fikirləri, əndazəni aşan şər və böhtanları ilə Sevinc Osmanıqıznın TV-sinin qonağı olur. Maliyyə maxinasiyalarının üstünün açılıb, ifşa olunacağını anlayınca çıxış yolunu qamada görən və istəyinə də nail olan oğru ləqəbli Arif Məmmədov, erməni əsilli Beydulla Manaflı, Arif Yunus və digərləri də “Osmanqızı TV” nin daimi qonaqlarıdır. Müzakirələr yalnız Azərbaycana qarşı qarayaxmaq, xalqa yönəlik ittihamlardır. Yəni əsas fəaliyyətləri erməni lobbisinin istək və tələbləri üzərində qurulub. Xidmətləri qarşılığında qəpik quruş alsalar da sakit yaşayışdan uzaqdılar. Çünki, Azərbaycan xalqının lənəti daim üzərilərindədir.
İLHAM ƏLİYEV