Siyasət

  • 880

Sevinc Osmanqızı Əli Kərimlini istefaya çağırdı - ANALİZ

image

Dünya iqtisadi - sosial yenilikləri, informasiya texnologiyaları ilə insanların yaşayışına, fəaliyyətinə, həyat tərzinə rəng qatmaqla bəşəriyyəti daha da gözəlləşdirir. Bu baxımdan müəyyən bölgə əhalisini çıxmaqla ümumilik də bəşəri varlıq yeni dövrün düzənindən məmnundur. Təbii ki, müasir dövrün yeniliklərini qəbul etməyən və ya müasirliklə ayaqlaşa bilməyənlər də var. Məhz bu kateqoriyadan olan insanlar yeniliklərə qarşı çıxır və hər vəchlə müasir inkişafı tənqid edirlər. Xüsusilə də, siyasət də olub, siyasi fəaliyyətlə məşğul olan, lakin ictimai rəy tərəfindən qəbul edilməyənlər yeniliklərə qarşı mənfi münasibət sərgiləyirlər. Elə siyasətçilər də var ki, müasir inkişafın yeniliyi olan sosial şəbəkələrdən özlərinə məxsus forma da istifadə edirlər. Yəni daha çox sosial şəbəkələrdən özlərinin çirkin kampaniyaları və böhtanları üçün yararlanmağa çalışırlar. Əksər hallar da düşünmədən, araşdırıb nəticə əldə etmədən fikir yürüdür, cəfəng iddialar, ittihamlar irəli sürürlər. Sonradan isə məlum olur ki, dağıdıcı müxalifətin üzdən iraq ünsürləri olan AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Müsavat başqanı Arif Hacılı və xaricdəki antimilli ünsürlər məqsədli şəkil də səhvlərə yol veriblər. Lakin bu halda belə müxalif ünsürlər yol verdikləri kobud səhvlərinə görə, üzxahlıq etməyiblər, yanlış statuslarını sosial şəbəkələrdən silməyə maraq göstərmirlər. Əksinə bir növ at kimi üzə durub, demək istəyirlər ki, onlar mövqelərində haqlıdırlar.

Boşboğazlar ənənəvi böhtanlarından əl çəkmirlər

44 günlük Vətən müharibəsinə qədər “ torpaqlarımızın azadlığı mümkün olmayacaq” deyirdilər. Hətta aralarında elələri vardı ki. “bir kənd işğaldan azad edilsə qulağımı kəsəcəm” deyirdi. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə bölgədəki bütün terrorçu hərbi birləşmələrin məhv edilib, əksər separatçı başların həbs edilərək istintaqa təhvil verilməsi ilə oldu. Oktyabrın 15-də isə Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezidentimiz İlham Əliyev Xankəndi şəhərində xalqa müjdəli müraciət etdi və əzəmətli binanın qarşısında Azərbaycanın üç rəngli bayrağını ucaltdı. Bu qürurverici anları dünyanın əksər televiziyaları yayımladı, mətbuatları işıqlandırdı, dostlar millətimizə təbrik məktubları ünvanladılar. Lakin boşboğazlıq edənlər nə qulaqlarını kəsdilər, nə də ki, sayıqlamalarına görə xalqdan üzr istədilər. Hətta nala-mıxa vuran fikirlərini bir qədər də inkişaf etdirməyə çalışırlar. Proseslərin başında Ə.Kərimli dursa da A.Hacılı və C.Həsənli də qarayaxma kampaniyasında geri qalmadıqlarını nümayiş etdirirlər. Xaricdəki antimilli ünsürlər də şər və böhtanları, ağılsız iddialı fikirləri ilə sifarişlərin icrasında zəiflərdən olmadıqlarını göstərirlər. Ancaq çirkin oyunların əsas peşkası Ə.Kərimli hesab olunur. Əli Kərimli özünü gah siyasəyçi, gah da bloger kimi təqdim etməyə çalışsa da cəmiyyət onu maraqlı tərəflərin trolu olaraq tanıyır. Sadəcə Ə.Kərimlinin digər trollardan fərqi ondan ibarətdir ki, xarici maraqlı dairələr birbaşa onunla işləyirlər. Yəni Ə.Kərimliyə maddi yardımlar göstərir və qarşılığında müyyən işlər tələb edirlər. Bu əməkdaşlıq çərçivəsində Ə.Kərimli hər vəchlə çalışır ki, ətrafına daha çox trol toplaya bilsin. Demək olar ki, Ə.Kərimli qismən də olsa bu istiqamət də məqsədinə nail ola bilib.

Əli Kərimli özünə hörmət etməyən trollardandır

AXCP-nin trollarından olan Fuad Qəhrəmanlı, Seymur Həzi, İlham Hüseyn, Natiq Ədilov və digərləri vaxtaşırı olaraq xor dərnəyinin banlayan üzvləri kimi Ə.Kərimlinin şər və böhtan xarakterli paylaşımlarını bəyənir və öz səhifələrində paylaşmaqla dəstəkləyirlər. Nədi-nədi Ə.Kərimli aldığı qrantdan onlara da qəpik –quruş ayırır. Bu hal utancvericidir. Çünki, özünə hörmət etməyi bacaran şəxs kiminsə tapşırıqlarına boyun əyib, trolluq etməz. Görünən isə ondan ibarətdir ki, dəstəbaşı Ə.Kərimlinin və trollarının cəhdləri uğursuzluğa düçar olur. Çünki cəmiyyət onların haradan qidalandıqlarını və məqsədlərinin nədən ibarət olduğunu yaxşı bilirlər. Hətta vəziyyət o həddə çatıb ki, bir zaman eyni şəbəkə də eyni tapşırıqların qulu olanlar belə artıq bir-birinin gərəksizliyini sübut etməyə çalışırlar. Xüsusilə də ABŞ-da oturub müxtəlif mövzular da banlayan Sevinc Osmanqızı Ə.Kərimlini iffşa edən yeni-yeni faktlarla çıxış edir. Bildirir ki, müxalifətin birliyinə və ictimai marqlara uyğun fəaliyyət göstərməsinə ən böyük zərbəni Ə.Kərimli vurur. S.Osmanqızı özünün TV-sin də Əli Kərimlini AXCP sədrliyindən istefa verməyə də çağırıb: “Əgər seçkilərə qatılmırsansa və ciddi nəticələr ortaya qoya bilmirsənsə, nədən özünü partiya sədri olaraq təqdim edirsən? Niyə AXCP sədrliyindən istefa verib, nümunə göstərmirsən?”.

S.Osmanıqızı məkrli şəbəkənin üzvü olmaqla özü haqqında ikrahedici rəy formalaşdırsa da Ə.Kərimli haqqında söylədiklərində həqiqət var. Bu başqa söhbətin mövzusudur ki, S.Osmanqızının Ə.Kərimliyə yönəlik haqlı iddiaları nədən qaynaqlanır və niyə görə dünən deyil, bu gün əsaslı fikirlərlə çıxış edir? Aralarında olan qarşıdurmanın səbəbinə nəzər yetirmədən qeyd etmək olar ki, S.Osmanqızı Ə,Kərimlini küncə sıxışdıra bilib. Birincisi ona görə ki, S.Osmanıqıznın əlində “Osmanqızı TV” adlı təbliğat maşını var. İkincisi isə, S.Osmanqızı qaranlıq şəbəkənin yerləşdiyi ofisin yaxınlığında yaşayır. Bütün bunlardan sonra çox aciz durumda olduğunu demək olar. Əgər bu hal da Ə.Kərimli özünə hörmət edənlərdən olsa idi, əlavə zərbələr və yeni ifşaedici ittihamlarla üzləşməmək üçün S.Osmanqızının tələb etdiyi kimi AXCP sədrliyindən istefa verməlidir.

İLHAM ƏLİYEV

Digər xəbərlər