Siyasət

  • 1 922

Solovyovun qərəzli və riyakar əməli pislənildi - ŞƏRH

image

“Moskva şəhərində “Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror hadisəsi tərəqqipərvər bəşəriyyətə qarşı ən ağır cinayətlərdəndir”. Bu fikirlər Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının yaydığı bəyanat da qeyd olunur.

Bəyanat da vurğulanır ki, 30 ildən artıq erməni terroruna, işğalına və təcavüzünə məruz qalmış Azərbaycan terrordan ən çox əziyyət çəkən dövlətlərdən biri kimi bu qanlı aksiyanı qınayan ilk dövlətlərdən biri olmuş və bu terroru kəskin şəkildə pisləmişdir: “Təəssüflər olsun ki, rusiyalı teleaparıcı, jurnalist kimi bütün fəaliyyətini qərəz və yalan üzərində quran, Azərbaycan xalqına qarşı düşmən mövqeyini əlinə düşən hər bir fürsətdən istifadə edərək nümayiş etdirən, ermənidən çox ermənilik edən Vladimir Solovyovun bu terror hadisəsində Azərbaycan izini axtarması, onu izləyən milyonlarla Rusiya vətəndaşında Azərbaycana və bu ölkədə yaşayan azərbaycanlılara qarşı planlı təxribat, Rusiya və Azərbaycan əlaqələrinə vurmağa cəhd etdiyi ən böyük zərbədir. 44 gün davam edən Vətən Müharibəsində M.Solovyovun ölkəmizə qarşı apardığı düşmənçilik və qarayaxma kompaniyasını hər bir fürsətdə davam etdirməsini tərəfsiz jurnalist adına ən böyük ləkə, hadisəylə bağlı aparılan istintaqın yanlış istiqamətə yönləndirilməsinə cəhd, məqsədyönlü və düşməncəsinə atılan addım kimi qəbul edirik. Belə bir həssas dönəmdə Azərbaycanı və azərbaycanlıları hədəfə çevirmək arzusunda və istəyində olan M.Solovyov kimi qərəzli, riyakar, ölkəmizə qarşı düşmənçilik mövqeyində olan şəxslərin fəaliyyətini pisləyir, bütün vətəndaş cəmiyyəti institutlarını səfərbər olmağa, bu cür təxribatlara qarşı prinsipial fəaliyyət göztərməyə çağırırıq”.

Digər xəbərlər