Siyasət

  • 1 033

Əli Kərimlinin trol dəstəsi dağılır - ANALIZ

image

Dağıdıcı müxalif ünsürlər yanlış, səhv siyasətlərinə görə, nə qədər tənqid edilsələr də, qınanılsalar da düzəlmələri və ictimai maraqlara cavab verən fəaliyyət göstərmələri mümkünsüz görünür. Əksinə görünən ondan ibarətdir ki, ikrah doğuran fəaliyyətlərini daha geniş şəkil də həyata keçirlər. Nə zaman sosial şəbəkələr üzərindən yayımlanan internet TV-lərə nəzər yetirilsə orada dağıdıcı müxalif ünsürlərin və xaricdəki antimilli qüvvələrin ağızları köpüklənə-köpüklənə Azərbaycanın dövlət maraqlarına yönələn böhtanlar səsləndirdiklərini görmək olar.

Statusları da başdan ayağa qədər qarayaxmalardan ibarətdir. Söz yox ki, saxta yollarla siyasi mühacir adı qazanıb Avropaya qaçan antimilli ünsürlərin əsas məqsədi Azərbaycana zərbə vurmaqdır. Onları xaricdəki Azərbaycan dairələri ilə işbirliyi isə artıq heç kimdə şübhə doğurmur. Lakin fakt onsan ibarətdir ki, xarici ölkələr də sığınacaq tapmış bu antimilli ünsürlər nə qədər çalışsalar da geniş auditoriya toplaya bilmirlər. Sevinc Osmanqızi, Tural Sadılı, Məhəmməd Mirzəli, Arif Məmmədov, Arif Yunus və bu kimi digər antimilli ünsürlərin çaldıqları havanın, ifa etdikləri mahnıların sözlərinin və bəstəkarlarının kimlər olduğu hər bir azərbaycanlıya bəllidir. Ona görə də, onların fikirləri ciddiyə alınmır. Sadəcə azərbaycanlı adına iddia etdikləri üçün onların halına acımamaq mümkün deyil. Fikirləşirsən ki, bu bədbəxtlərin nə qədər pula hərislikləri var ki, doğulub, boya başa çatdıqları elinə obasına xəyanət edirlər. Yaşadıqları ölkələr də oturum iznin vaxtının uzadılması üçün xüsusi xidmət orqanlarının hər cür çirkin sifarişlərini yerinə yetirirlər. Lakin anlamırlar ki, günün birində onlardan imtina olunacaq və lazımsız əşya kimi zibilliyə atılacaqlar.

Nurəddin Məmmədlinin müalicəsinə zərurət yaranıb

Sosial şəbəkələr də veyillənən dağıdıcı müxalif funksionerlər bəzən elə statuslar paylaşırlar ki, sanki bu məxluqlar siyasətçi deyil Siciliyanın, İtaliyanın, Kolumbiyanın mafiya babalarıdır: Tələblərlə çıxışlar edir, hikkəli iddialar irəli sürürlər. Daha çox AXCP sədri Əli Kərimli özünü qatı cinayətkar dəstənin başçısı kimi göstərməyə çalışır. Ətrafında olan trol dəstənin üzvləri də yardımçısı rolunda çıxış edirlər. Deyirlər ki, işlər belə olmalı, fəaliyyət bu cür göstərilməlidir. Məsələn adı siyasət meydanında məsxərə obyekti kimi çəkilən AXCP Ali Məclisin sədri Nurəddin Məmmədli elə terrorçular sayağı əda ilə bəyan edir ki, məlum cinayət əməlinə görə həbs edilən Tofiq Yaqublu azad edilməlidir: “Tofiq Yaqublunu həbsdə saxlamaq olmaz, çünki, o, cinayətkar deyil. Tofiq bəyi azad etmək lazımdır. Əks hal da nəticə yaxşı olmayacaq”.

Fikir verin, bu başdan piyli məxluq küçə davranışına uyğun olaraq küçə təfəkkürünü ortaya qoyub, hədələyici mesajlarla çıxış edir. Lakin anlamır ki, Azərbaycan hüququ dövlətdir, qanunlar və qərarlar da hüquqi prinsiplər əsasında həll olunur. Digər tərəfdən kimsə Azərbaycan dövləti ilə zor gücündə danışa, tələb irəli sürə bilməz. Zordan, gücdən dəm vuran Ermənistanın acınacaqlı aqibətinə, nəinki Ermənistandakı toplum, eləcə də Fransa, Yunanıstan, Hindistan, ABŞ-dakı erməni lobbisi qara geyinib ağlamqdadılar. Təbii ki, Ermənistan yenidən başını qaldırmağa cəhd etsə növbəti yumruq zərbəsi alacağı şübhəsizdir. Bu dəfə isə bu oyuncaq dövlətin mövcudluğu “DUH”. “DUB”, “SİDSUH”, “Bizim Azərbaycan” və digər tarixin zibillik də olan müxalif blok və qurumlar kimi olacaq. Ona görə də, N.Məmmədli status paylaşarkən yanlış fikirlərdən uzaq olsa daha yaxşı olar. Sağlamında, xüsusilə də düşüncəsində problemlər varsa, onu da müalicə etmək çətin deyil.

Qubad İbadoğlunun FETÖ və Qərb institutlarının tapşırıqlarını icra etməsinə dair məlumatlar sübuta yetirilib

Uzun müddət Qubad İbadoğlu mövzusundan uzaq olan dağıdıcı müxalifət yenidən onun haqqında pafoslu məlumatlar tirajlayır. Bu da onu təsdiq edir ki, xarici qaranlıq dairələr Qubad İbadoğlu məsələnin qapadılmasına qarşıdır və dağıdıcı müxalifət vasitəsi ilə mövzunu gündəmə gətirir. Tezislər də eynidir. Dağıdıcı müxalifət Qərbin qaranlıq dairələrinin planlarına uyğun olaraq Q.İbadoğlunu “vicdan məhbusu” olmasına dair cəfəng statuslar paylaşır, şərhlər yazırlar. Bununla da beynəlxalq ictimai rəydə Azərbaycan haqqında "siyasi məhbusların" olduğu, azadlıqların boğulduğu bir ölkə imici formalaşdırmağa çalışırlar. Lakin real fakt ondan ibarətdir ki. Q.İbadoğlu cinayətkardır. Uzun müddət xarici ölkələrdə anti-Azərbaycan fəaliyyəti göstərərək ciddi cəhdlə ölkəmizə qarşı yaradılan təhdidlərdə fəal iştirak edən Qubad İbadoğlu xüsusi tapşırıq əsasında Azərbaycana gələrək öz əməllərini burada davam etdirməyə çalışıb. Guya o, müxalif qrupların konsolidasiyasına və vahid cəbhə formasında fəaliyyətə başlamasına nail olmalıydı. Qərbdən ötürülən qrantlar əsasında dağıdıcı şəbəkə qurulması, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması, bu günə kimi əldə olunmuş uğurların itirilməsi üçün planlı fəaliyyət göstərilməliydi. Lakin Azərbaycan hüquq - mühafizə orqanları onun məkrli planlarını darmadağın etdi.

İfşa olunan Q.İbadoğlu isə ortaqları ilə birlik də həbs olundu. Artıq istintaq Q.İbadoğlunun FETÖ və Qərb institutları ilə əlaqələrinin olması və onların tapşırıqlarını icra etməsinə dair məlumatları sübuta yetirib. Təmsilçilərinin ifşa olunmasından narahat olan Qərb dairələri isə Q.İbadoğlunu müdafiə etməyə çalışırlar. Müxtəlif əsassız ittihamlarla və jantaj vasitələri ilə Azərbaycana təzyiq göstərmək istəyirlər. Ancaq yuxarı da qeyd etdiyimiz kimi Azərbaycan güclü və qüdrətli hüquqi dövlətdir. Heç bir qüvvə Azərbaycanla hədə dili ilə danışa bilməz. Bu baxımdan sussalar və məhkəmənin qərarını gözləsələr daha yaxşı olar.

İLHAM ƏLİYEV

Digər xəbərlər