PREZİDENT İLHAM ƏLİYEV: “Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Türkiyə qardaşlığını və birliyini əbədiyyətədək yaşatmaq və daha da möhkəmləndirmək, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək yolunda üzərimizə düşən şərəfli missiyamızı bundan sonra da birgə və uğurla yerinə yetirməyə davam edəcəyik”
Dünyada analoqu olmayan və sərhəd tanımayan qardaşlığın, ulu öndər Heydər Əliyevin söylədiyi “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi. Və bu gün iki güclü Liderlərin – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şad gündə, dar gündə bir-birinin yanında olması bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Türkiyə bundan sonra da bir olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır.
Məhz bu birliyin, qardaşlığın nəticəsidir ki, artıq Ermənistan Bakı və Ankaranın tələbini qəbul edib və Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının olmayacağı bildirilib. Erməni jurnalisti Karen Məlikyan deyib ki, Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer almayacaq. Məlikyanın iddiasına görə, yeni konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları olmayacaq. Onun sözlərinə görə, bu, Bakı və Ankaranın tələbidir: «Hökumət yeni konstitusiyanın mətnini mümkün qədər gizli saxlayır. Qərb institutlarının fəal iştirakı ilə proje üzərində bir neçə hüquqşünas işləyir. Paşinyan konstitusiya dəyişikliklərini erkən parlament seçkiləri ilə birlikdə həyata keçirmək niyyətindədir».
AZƏRBAYCAN-TÜRKİYƏ BİRLİYİ: ƏZƏLİ, ƏBƏDİ VƏ SARSILMAZ!
Dövlət o zaman güclü və qüdrətli, ən əsası sözün əsl mənasında müstəqil olur ki, onun gələcəyini düşünən, atdığı hər addımda dövlət maraqlarını öndə saxlayan Lideri vardır. Bu gün dünyada analoqu olmayan və sərhəd tanımayan Azərbaycan - Türkiyə, İlham Əliyev - Rəcəb Tayyib Ərdoğan qardaşlığının nəticəsidir ki, Bakı və Ankaranın tələbi qəbul olundu - Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları olmayacaq! Bu birlik, qardaşlıq illərin sınacından çıxmış birlikdir. Bu ulu öndər Heydər Əliyevin dediyi kimi, «Bir millət, iki dövlət» tezisinə əsaslanan reallığın təcəssümüdür. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Bu gün hər iki dövlət yaxşı gündə də, pis gündə də bir-birinin yanındadır, hər iki dövlət eyni yolu yaşayır.
Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır. Bu gün hər iki xalqın nümayəndələri müdrik siyasi xadim Heydər Əliyevin bu sözlərinə sadiqlik nümayiş etdirdilər. Bütün dünyaya bir daha məlum oldu ki, bu tarixi ifadə sadəcə olaraq sözdən ibarət deyildir. Bu tarixi kəlam iki dost və qardaş ölkənin yolunu daha da işıqlandırıb, bütün sahələr üzrə inkişafı yeni mərhələyə çatdırıb. Azərbaycan xalqı bu sarsılmaz birliyin qüdrətinə 44 günlük şanlı Vətən müharibəsində gördü və bütün dünya bir daha şahid oldu. Və qələbədən də sonra Türkiyə həmişə olduğu kimi, yenə də haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım da geri çəkilmədi, daim Azərbaycanın yanında oldu. Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə Azərbaycanın yanındadır və haqq işimizdə bizə dəstək verir. Azərbaycan və Türkiyə xoş günlərdə də, kədərli anlarda da daim bir yerdədirlər. Beynəlxalq təşkilatlarda həmişə bir-birimizin haqlı mövqeyini müdafiə edirik. Şuşa bəyannaməsi ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siz də, mən də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qardaşlığımızın rəmzi olan "Bir millət, iki dövlət" kəlamını daim yada salaraq Azərbaycan və Türkiyə arasında olan sarsılmaz birliyi yeni zirvələrə daşıyırıq».
Bəli, bu gün tarixi sınaqlardan çıxmış Güclü Azərbaycan - Güclü Türkiyə liderlərinin örnək qardaşlıq birliyi bütün dünyanın diqqətindədir. Sözsüz ki, bu danılmaz faktordur ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr. Ən əsas amil isə ən çətin anlarda bir-birinin yanında olmaq. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bəli, dediyimiz kimi, bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “TÜRKİYƏ BURDA YOXSA DA, MƏN BURDAYAM VƏ SİZİN CAVABINIZI VERƏCƏYƏM”, SÖYLƏMƏKLƏ DÜNYANI MAT QOYMUŞDU, EYNİ ZAMANDA BÜTÜN TÜRK DÜNYASININ ÜRƏYİNİ FƏTH ETMİŞDİ
Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. İllər öncə Ermənistanın qatil rəhbəri Praqada keçirilən, Türkiyənin təmsil olunmadığı “Şərq Tərəfdaşlığı” sammitində “dərə xəlvət, tülkü bəy” yanaşmasından çıxış edərək qardaş ölkənin ünvanına saxta ittihamlar, hədyanlar söyləyəndə Azərbaycan Prezidenti İlham Əliyev “Türkiyə burda yoxsa da, mən burdayam və sizin cavabınızı verəcəyəm”, söyləməklə dünyanı mat qoymuşdu, eyni zamanda bütün Türk dünyasının ürəyini fəth etmişdi. Eyni zamanda Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”, “Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq”, mövqeyi ilə Türk birliyi mesajını verdi dünyaya. Bir sözlə, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, ümumiyyətlə dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri həm xalqlarımız, həm də dünya birliyi üçün əsl nümunədir. Və Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan dostluq və qardaşlığı maraqlar, mənfəətlər üzərində qurulmayıb, quru sözlərdən ibarət deyil, sözdə, əməldə, konkret fəaliyyətdədir.
Bütün bu qardaşlıq münasibəti ulu öndər Heydər Əliyevin söylədiyi «Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir» və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi. Və bu gün bu iki güclü Liderlərin şad gündə, dar gündə bir-birinin yanında olması bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Türkiyə bundan sonra da bir olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Və 2021-ci il 15 iyun tarixində Şuşada imzalanmış …
«ŞUŞA BƏYANNAMƏ»Sİ İKİ QARDAŞ ÖLKƏNİN MÜNASİBƏTLƏRİNİ YENİ MÜSTƏVİYƏ ÇIXARAN TARİXİ VƏ SİYASİ ÖNƏM KƏSB EDƏN MÜTTƏFİQLİK HAQQINDA HÜQUQİ SƏNƏDDİR
«İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətləri rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq».Dövlətimizin başçısı Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayaraq demişdir: “Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük nailiyyətdir, böyük sərvətdir. Həmin bəyannamə bizim qarşımızda yeni üfüqlər açır”.Bəli, üç il əvvəl, 2021-ci il 15 iyun tarixində Şuşada imzalanmış Bəyannamə iki qardaş ölkənin münasibətlərini yeni müstəviyə çıxaran tarixi və siyasi önəm kəsb edən müttəfiqlik haqqında hüquqi sənəddir. Bəyannamədə 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad edilir. Ən əsası isə «Şuşa Bəyannaməsi» ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.Bu gün Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək zirvəsindədir. Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın ilk dövlət səfərini Azərbaycana etməsi bunun daha bir nümunəsidir. Prezident İlham Əliyev Türkiyə lideri Ərdoğanla birlikdə mətbuata bəyanatında qeyd etdiyi kimi bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Eyni zamanda, Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi. Və bu 44 günlük İkinci Qarabağ müharibəsinin Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan - "Bir millət, iki dövlət" birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söylədi: "Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq".
RƏFİQƏ KAMALQIZI