Siyasət

  • 1 612

Mart Soyqırımı sülh və insanlıq əleyhinə yönəlmiş əməldir - ŞƏRH

image

Ermənilər xalqımıza qarşı əsrlər boyu soyqırım siyasəti aparıb. Bu siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xalqımızı məhv etmək olub. Erməni millətçiləri minlərlə azərbaycanlıların kütləvi surətdə məhvinə səbəb olmuşdur. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qadın və qoca demədən insanları qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Məktəbləri, xəstəxanaları, məscid və digər milli memarlıq abidələrini dağıdıblar. Bakının böyük hissəsi xarabalığa çevrilmiş, bununla iş bitməmiş həmçinin Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur, Gəncə, Lənkəran və başqa ərazilərimizdə xüsusi qəddarlıqlar həyata keçirilib.

Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamına əsasən hər il 31 mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu Sərəncama əsasən Ulu öndər Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq dəqiq faktlar əsasında erməni məkrini bütün dünya qarşısında ifşa hədəfinə çevirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mart soyqırımının 100 illiyi haqqında Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır”. Soyqırım sülh və insanlıq əleyhinə yönəlmiş əməldir. Bu ən ağır cinayət hesab olunur.

9 dekabr 1948-ci il tarixində BMT Baş Məclisinin qətnaməsi qəbul edilmiş və 12 yanvar 1951-ci il tarixindən “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensiyasında bu cinayətin hüquqi əsası təsbit olunmuşdur. 31 may 1996-cı il tarixində isə Respublikamız həmin konvensiyaya qoşulmuşdur. 27 sentyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşmənin hərbi təcavüzünə cavab verdi. 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirildi. Müharibə zamanı cənab Prezidentin kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr ermənilərin ölkəmizə qarşı hərbi təcavüzü, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq haqlı mövqeyimizi dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Cənab Prezidentin verdiyi müsahibələr və informasiya müharibəsində uzun illər Ermənistanın xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, terrorizmi və işğalçılıq siyasəti, həmçinin erməni yalanları dünya miqyasında ifşa olundu. Bununla da tarixi ədalət zəfər qazandı.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər