Siyasət

  • 1 640

Yasamalda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “İnsanlıq əleyhinə bəşəri cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda tədbir keçirilib.Əvvəlcə Yasamal rayonunda Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Xatirə Kompleksi ziyarət olunub.Tədbirdə Dövlət Himni səsləndirilib. Sonra soyqırımı qurbanlarının, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Sonra 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru Nuru Məmmədov 31 mart soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərindən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Naxçıvan, Quba, Lənkəran, Salyan, Şamaxı, Qarabağ, Zəngəzur və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun” partiyasının silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində 30 mindən çox soydaşımız qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub, milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılıb.N.Məmmədov bildirib ki, soyqırımına siyasi və hüquqi qiymətin verilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin müvafiq Fərmanı ilə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğu diqqətə çatdırılıb.Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.Sonda Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdlərinin təqdimatında bədii hissə nümayiş olunub.

Digər xəbərlər