Siyasət

  • 1 402

Pirallahıda soyqırımı qurbanlarının xatirəsi anılıb

image

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının “Zeytunluq küçəsi 4” ünvanı üzrə ərazi partiya təşkilatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri təşkil edilib.

Əvvəlcə soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Xəyalə Cavadova və 186 nömrəli tam orta məktəbin direktoru Elzamin Həsənov 106 il əvvəl mənfur ermənilərin Azərbaycan xalqına, xüsusilə dinc insanlara - qadın, uşaq və yaşlılara qarşı törətdikləri vəhşiliklərdən danışıblar. Bakı, Quba, Şamaxı, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ və digər bölgələrdə erməni silahlı dəstələri tərəfindən minlərlə azərbaycanlının amansızlıqla qətlə yetirildiyi bildirilib.
Qeyd olunub ki, 31 mart soyqırımına Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra siyasi qiymət verilib. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan olunub. Həmçinin mart soyqırımı barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.
Çıxışlarda Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanan rəşadətli Azərbaycan Ordusunun əzəli torpaqlarımızı işğaldan azad edərək şəhidlərimizin, soyqırımı qurbanlarının da qanını yerdə qoymadığı xüsusi vurğulanıb.
Sonda Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Digər xəbərlər