Siyasət

  • 1 591

Antimilli ünsürlərin erməni iş adamı ilə işbirliyi üzə çıxdı - ANALİZ

image

Belə bir ibrətamiz hadisə nəql olunur: Deməli abırlı və həyalı bir mömin insan hər gün evindən işinə gedib gələndə, bir əndrabadi məxluq ona söz atır, yolundan saxlamaq üçün haqqında müxtəlif hədyanlar səsləndirir. Bu hal demək olar ki, hər gün təkrarlanır. Bu mənzərəni seyr edən küçənin tinində yerləşən mağaza sahibi, nəhayət mömin bəndənin qarşısını kəsib, niyə ona cavab vermədiyini soruşur. Mömin bəndə gülümsəyir və sakit səslə deyir: “Əgər hər nadan şəxsin ittihamlarına reaksiya verib, onunla sözləşsəm qısa yolumu uzaq edərəm” deyə bildirir.

Doğurdan da hər hürən itə reaksiya verməyə dəyməz. Çünki, böyük amallar uğurunda apardığımız mücadiləmizə xələl gətirmiş olaraq. Getdiyimiz yol işıqlıdır və parlaqdır. Bu yolun qaranlıq küncündə dayanıb, sayıqlayanlar yalnız özlərinə pislik etmiş olacaqlar. Necə ki, güclü və qüdrətli Azərbaycanın maraqlarını zədələmək üçün hər cür daxili və xarici maraqlı ünsürlər qarayaxma kampaniyası aparsalar da uğursuzluğa düçar olurlar.
Fikir verin, hər gün Azərbaycana qarşı dağıdıcı müxalif ünsürlər və xaricdəki antimilli qüvvələr tərəfindən qarayaxma kampaniyası aparılır, əsassız ittihamlarla irəli sürülür. Şübhə yoxdur ki, Azərbaycana qarşı təşkil olunan kampaniyaların arxasında xarici agent statusundan geniş yararlanmaqla, xarici dəstək almaqda və ya xarici təsir altında olmaqda şübhəli bilinən şəxslərə qarşı tədbir görən ABŞ dayanır. Öz daxilində hər hansı xarici təsiri qadağa edən, buna görə vətəndaşlarını məsuliyyətə cəlb edən ABŞ digər ölkələrdə, o cümlədən də Azərbaycanda bu işləri böyük həvəslə həyata keçirir. Müxtəlif ölkələrdə bu əməllərə qarşı tədbir görüləndə isə, xarici mediada həmin ölkəyə qarşı çirkin kampaniyalar təşkil edilir. Tam şəkil də formalaşmış şəbəkə vasitəsi ilə Azərbaycandakı mövcud ictimai siyasi sabitliyin pozulmasına və beynəlxalq aləm də ölkəmizin artan nüfuzuna xələl gətirilməsinə cəhdlər göstərilir. Məkrli şəbəkənin əsas iştirakçıları isə sapı özümüzdən olan baltalardır. Hansı ki, Azərbaycan da doğulublar, bu ölkənin çörəyini yeyib, suyunu içiblər.

Sevinc Osmanqızı, Beydulla Manaf kimi ünsürlər isə ABŞ–ın qaranlıq dairələrinin sifarişlərinin icrasında qaloşluq edirlər

Yaxşı həyat dalınca xaricə qaçan ünsürlər Azərbaycana qarşı üzüdönüklük etdilər. Daha doğrusu Trol Sadılı, Sevinc Osmanqızı, Arif Məmmədov, Qənimət Zahid, Beydulla Manaf, Arif Yunus, Vidadi İsgəndərli və digər erməni lobbisindən qidalanan məxluqlar Azərbaycan xalqının dövlət maraqlarına qarşı hər cür böhtanları səsləndirilər. Hətta müəyyən hallarda daha çox qrant əldə etmək üçün Azərbaycana qarşı sanksiyaların tətbiq olunması çağırışı ilə çıxış edirlər. Xüsusilə də, Sevinc Osmanqızı, Trol Sadılı, Qənimət Zahid davamlı olaraq Azərbaycana qarşı sanksiyaların tətbiq olunması çağırışı ilə çıxış edir, ölkəmizi Avropa ilə "süni gərginlik yaratmaq"da ittiham edirlər. Demək olar ki, hamısı eyni cümlələri səsləndirirlər. Yəni sosial şəbəkələr üzərindən yayımlanan internet TV-lərin də bir-birinin ağzına tüpürürmiş kimi eyni tezisləri ifadə edirlər. Bu da onu təsdiq edir ki, bu bədbəxtlər girovdular və kimlərdənsə sərt tapşırılar alırlar. Qeyd etmək lazımdır ki, bir qədər əvvəl AXCP sədri Əli Kərimli də ABŞ dövlət departamentinə müraciət edərək Azərbaycana qarşı iqtisadi sanksiyaların tətbiq olunmasını xahiş etmişdi. İndi isə eyni çağırışla xaricdəki antimilli ünsürlər çıxış edirlər. Deməli tərəflər eyni tezisləri səsəndirirlər. Sual olunur, xaricdəki antimilli ünsürlərə bu tapşırıqları kim verir? Təbi ki, sualın müəyyən hissəsinə yuxarıda cavab verdik. Yəni ABŞ-dakı qaranlıq dairələrin sifarişləri əsasında antimilli məxluqlar qarayaxma kampaniyası təşkil edirlər. Nəzərə almaq lazımdır ki, Sevinc Osmanqızı və Beydulla Manaf ABŞ-da sülənirlər. Yəni sözügedən məxluqlar birbaşa ABŞ xüsusi xidmət orqanlarının təsiri altındadırlar. Məhz Kritofer Smit kimi senatorların tapşırığı ilə erməni kökənli Beydulla Manaf Azərbaycan haqında əsası olmayan ittiham səsləndirir, ölkəmizi Avropa ittifaqı ilə münasibətləri zədələmək də və ABŞ-a qarşı qeyri –səmimi münasibət sərgiləmək də günahlandırır. Lakin bu məxluq anlamır ki, Azərbaycan dünya da o dövlətlərdəndir ki, beynəlxalq təşkilatlarla açıq və səmərəli münasibətlərin qurulmasında maraqlıdır və bunu etibarlı tərəfdaşlığı ilə nümayiş etdirib.
O cümlədən də Azərbaycanın ABŞ-la yaxşı münasibətləri mövcuddur. Bu günlər ABŞ prezidenti Baydenin Novruz Bayramı münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edən fikirlərə daha çox yer ayırması deyilənlərə əyani misal ola bilər. Sadəcə ABŞ-ın hakim zümrəsində elə şəxslər var ki, birbaşa erməni lobbisinin imkanları və dəstəyi hesabına vəzifə kreslosunda yer alıblar. Kreslolarını da qoruyub saxlamaq üçün erməni lobbisinin tapşırıqlarını yerinə yetirirlər. Sevinc Osmanqızı, Beydulla Manf kimi ünsürlər isə ABŞ –ın qaranlıq dairələrin sifarişlərinin icrasında qaloşluq edirlər.

Trol Sadılının erməni iş adamından 19 min 345 dollar aldığına dair fakt üzə çıxdı

Avropadakı antimilli ünsürlərlə ABŞ-dakı qaragüruhçülar eyni mövqedən çıxış edirlər. Bu da şəbəkənin geniş sferanı əhatə etdiyinin göstəriçisidir. Hər gün Avropadakı Trol Sadılının, Arif Məmmədov və digərlərinin Sevinc Osmanqıznın TV-sin də banlamaları təsadüfi deyil. Yəni ABŞ-dakı və Avropadakı antimilli ünsürlər eyni çətir altında birləşirlər. Gəlir və çıxarları, eləcə də ağaları da eynidir. Bəzən “kənara çıxıb, əlavə gəlir pis olmaz” deyib, Rusiyadakı erməni lobbisinə əl açılması halları da olur. Dilənçilik funksiyasının ideya müəllifi fərari “diplomat” Arif Məmmədov olsa da, ünsüyyət qurub, pulların bank hesabına kömüülməsini xahiş edən isə Trol Sadılı olub. Bu barə də etibarlı mənbəmiz ilginc məlumatlar açıqladı.
Bildirdi ki, 2024-cü martın 24 –də Trol Sadıqlı Rusiyadakı erməni iş adamı Aram Abramyanın köməkçi Suren Papitkinyanla telefon əlaqəsi saxlayıb və müəyyən məsələləri müzakirə etmək üçün şefi ilə danışmaq istədiyini söyləyib. A.Məmmədovun zəmanəti ilə Suren Papitkinyan Trol Sadılının Aram Abramyanla telefonla danışmasını təşkil edib. Nə danışdıqları məlum olmasa da iki gün sonra Trol Sadıqlının bank hesabına 19 min 345 dollar pul yatırılıb. Söz yox ki, Aram Abramyan kimi dəyərsiz məxluq boş yerə Trol Sadıqlının maliyyə imkanın artırılmasına dəstək verə bilməz. Daha doğrusu pul qarşılığında Trol Sadıqlı və digər xaricdəki antimilli ünsürlər Azərbaycan kimi böyük və güclü dövlətin maraqlarına qara yaxma üçün cildən – cildə düşür, ittihamlar irəli sürülər. Erməni puluna görə Avropada oturub, Azərbaycan istiqamətinə hürmək utancvericidir.

İLHAM ƏLİYEV

Digər xəbərlər