PDF Oxu

Siyasət

  • 1 583

“Qərb Ermənistanı Cənubi Qafqazda təhlükəsizliyə ciddi zərbə vurmağa vadar edir” - ŞƏRH EDİLDİ

“Qərb Ermənistanı Cənubi Qafqazda təhlükəsizliyə ciddi zərbə vurmağa vadar edir” - ŞƏRH EDİLDİ

“Aprelin 5-də Brüsseldə keçiriləcək görüş şübhəsiz ki, Cənubi Qafqazda baş verən proseslərə birbaşa təsir edəcək. Bu görüşü Ermənistanın işğalçılıq siyasətinə növbəti dəstək kimi qiymətləndirmək olar. Çünki Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı daim işğalçı Ermənistanı dəstəkləyib. Torpaqlarımızın ermənilər tərəfindən 30 illik işğalı dövründə Qərb daim Ermənistana öz dəstəyini göstərib və Azərbaycanın haqq işindən hər zaman yan keçib”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib. Ekspert bildirib ki, 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra da bu siyasətin davamının nəticələrini görürük: “Bu gün də Qərb ölkələri açıq şəkildə Ermənistanı dəstəkləməklə, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlardan boyun qaçırır. Həmin ölkələr növbəti dəfə Ermənistanı işğalçılığa və Cənubi Qafqazda təhlükəsizliyə ciddi zərbə vurmağa vadar edirlər. Bütün bunlar bu proseslərdə Ermənistanı daha da ruhlandırmaq məqsədi daşıyır.Brüsseldə keçiriləcək görüş, eyni zamanda Türkiyəyə qarşı yönəldilib. Çünki Azərbaycan və Türkiyə bölgədə yeni reallıqlar yaradıb və Cənubi Qafqazda daim sülh və təhlükəsizliyə dəstək olmağa çalışır. Bu da təbii olaraq Qərb ölkələrini qıcıqlandırır. Bu səbəbdən onlar Ermənistana böyük dəstək nümayiş etdirirlər. Son günlər Ermənistan Azərbaycanla şərti sərhədlərə kütləvi şəkildə silah-sursat daşıyır, müharibəyə hazırlaşmaq istəyir. Bu isə birbaşa olaraq Qərb ölkələrinin Ermənistana dəstəyinin nəticəsidir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər