Siyasət

  • 1 051

“Yayılan dezinformasiyaların mənbələrini müəyyənləşdirmək lazımdır“ - POLİTOLOQ ŞƏRH ETDİ

image

“Azərbaycanda dezinformasiyanı yayanlar beşinci kolonun tapşırığını həyata keçirənlərdir. Çünki onların əsas məqsədi hansı formada olur-olsun Azərbaycanı qarışdırmaq, hakimiyyətə olan inamı sarsıtmaq və bu yol ilə ermənilərə xidmət etməkdir. Bunun qarşısını almaq üçün Azərbaycanda həm Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həm də təhlükəsizlik agentliyi fəaliyyət göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Politoloq bildirib ki, yayılan dezinformasiyaların mənbələrini müəyyənləşdirmək lazımdır: “Onları bloklamaq, cəzalandırmaqla məsələni kökündən həll etmək olmur. Çünki onlar bir müddət sonra yenidən cəmiyyət içərisində qorxu yaratmağa çalışırlar. Xüsusilə gənclər arasında bu istiqamətdə narahatlıqlar daha çox olur.Bundan başqa Azərbaycan telekanallarda vətənpərvərliklə bağlı işi gücləndirmək lazımdır. Hazırda telekanallarda çox böyük problemlər var, ya hansısa həkimlər təbliğ olunur, ya da yemək təbliğ olunur. Amma onların yerinə daha maarifləndirici, vətənpərvər verlişlər hazırlanarsa, bu cəmiyyət, xüsusilə də gənclər üçün daha əhəmiyyətli olar. Həmçinin sosial şəbəkələri nəzarətə götürmək lazımdır. Bütün addımları dövlətdən gözləmək düzgün deyil, cəmiyyət də bu məsələlərdə diqqətli olmalıdır”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər