Siyasət

  • 969

YAP Xətai rayon təşkilatında bir qrup fəal gənclə görüş keçirilib

image

Aprelin 2-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının qərargahında partiyanın üzvü olan bir qrup fəal gənclə görüş keçirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə müasir dövrün çağırışlarından, dövlətin gənclər siyasətindən geniş bəhs edib. Bildirib ki, Azərbaycan gənclər ölkəsidir. Ölkə əhalisinin böyük əksəriyyətini gənclər təşkil edir. Onların potensial imkanlarından səmərəli istifadə etmək üçün biri-birindən əhəmiyyətli addımlar atılır, Dövlət proqramları qəbul edilərək uğurla icra edilir. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasında birləşən 800 minə yaxın üzvün böyük hissəsini gənclərin təşkil etməsi də təşkilatda onlara siyasi fəallıqlarını artırmaq, gənc siyasətçi kimi yetişmək, potensial imkanlarından ölkəmizin bu günü və gələcəyi naminə istifadə etmək üçün mühüm şəraitin yaradılmasından irəli gəlir. Dövlətimiz gələcəyimiz olan gənclərin hərtərəfli, milli, vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün bütün zəruri olan addımları atır. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq gənclərin inkişafına xüsusi diqqətin göstərildiyini görərik. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək atdığı mühüm addımlardan biri məhz Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi olmuşdur. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinə çevirdi. Onların dövlət idarəçiliyində irəli çəkilmələri əsas hədəflər sırasında oldu.Vüqar Rəhimzadə son 20 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin gənclərin potensial imkanlarından Azərbaycanın inkişafı, tərəqqisi üçün istifadə olunması məqsədilə həyata keçirilən tədbirlərdən, imzalanan Dövlət proqramlarından bəhs edib. Bu mühüm məqam xüsusi qeyd olunub ki, son üç ildən artıq dövrdə Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim edən tarixi Zəfərimizin qazanılmasında gənclərin torpaq, Vətən sevgisi, azərbaycançılıq ideologiyasının inkişafına verdikləri töhfələr əhəmiyyətli rol oynadı.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, tarixi Zəfərimizin davamı olaraq ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən sonra ölkəmizin həyatında yeni dövr başlayıb. Prezident İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında bu çağırışı etmişdir ki, hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament, baza, imkan yaratdı ki, əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan gəncliyinin milli ruhda tərbiyə olunması, vətəndaşlıq təəssübkeşliyi bütün dövrlər üçün aktualdır. Dövlət maraqlarımızı yüksək səviyyədə qorumaq, ölkəmizə qarşı qərəzli kampaniya aparan anti-Azərbaycan qüvvələrə qarşı sərt mövqe ortaya qoymaq, internetin imkanlarından bəhrələnərək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, dövlətimizin uğurlu siyasətinin təbliğinə öz töhfələrini vermək üçün gənclərimiz səylərini daha da artırmalıdır. Gənclər müasir dövrün yaratdığı imkanlardan maksimum bəhrələnməlidirlər.Diskussiya şəklində davam etdirilən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər