PDF Oxu

Siyasət

  • 1 463

YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır

image

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının “Qara Qarayev prospekti 41a” ünvanı üzrə ərazi partiya təşkilatında iclas keçirilib.

İclasda YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, ƏPT sədri Könül Zeynallı və başqaları çıxış edərək partiyanın keçdiyi inkişaf yolundan geniş bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyası 32 ilə yaxın müddətdir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir. Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirib ki, o, məhz yeni, müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir.
Sonda partiya sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Digər xəbərlər