PREZİDENT İLHAM ƏLİYEV: «Hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür»
Bbu dünyada analoqu olmayan və sərhəd tanımayan qardaşlığın, ulu öndər Heydər Əliyevin söylədiyi “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi. Və bu gün iki güclü Liderlərin – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şad gündə, dar gündə bir-birinin yanında olması bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Türkiyə bundan sonra da bir olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır.
Belə ki, aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi əlaqələrin möhkəmliyinin göstəricisidir. Söhbət zamanı Prezident İlham Əliyev Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Dövlətimizin başçısı Türkiyə hərbi sənaye kompleksinin məhsullarının keyfiyyət və səmərəliliyə görə artıq dünya səviyyəsində məhşurlaşdığını məmnunluqla qeyd edərək Azərbaycanda da müdafiə sənayesinin inkişafi ilə bağlı ciddi addımların atıldığını vurğulayıb. Bu baxımdan Türkiyənin aparıcı şirkətlərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını deyib.
Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədrHaluk Görgün səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin tərkibində olan şirkətlər ilə Azərbaycan müdafiə sənayesi şirkətləri arasında bir neçə istiqamətdə birgə fəaliyyətlə bağlı anlaşma memorandumlarının imzalanması barədə dövlətimizin başçısına məlumat verib.
AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİ STRATEJİ TƏRƏFDAŞLIĞA ƏSASLANIR
Azərbaycan Silahlı Qüvvələri ilə Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub. Azərbaycan Prezidenti İlham Əliyev cənabları ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarında hərbi və müdafiə sənayesi sahəsində Azərbaycan-Türkiyə münasibətlərinin uğurla davam etdiyini, Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçməsinin təsadüfi olmadığını vurğulayaraq bildirmişdir ki, 44 günlük Vətən müharibəsində Türkiyənin ordu modeli özünün uğurunu bir daha sübut etdi: «Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz indi bunu əyani şəkildə görürük».
Dövlət başçısı onu da vurğulayıb ki, bu model hələ uzun illər ərzində Azərbaycan Ordusunun Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək.
44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ TÜRKİYƏNİN ORDU MODELİ ÖZÜNÜN UĞURUNU BİR DAHA SÜBUT ETDİ
44 günlük Vətən müharibəsində Türkiyənin ordu modeli özünün uğurunu bir daha sübut etdi. Bu gün Aəzərbaycan qardahər iki öyardaş ölkələr hərbi sahədə fəal əməkdaşlıq edir. Bu gün Azərbaycanın çox güclü ordusu var və hər bir vətəndaş ordumuzla qürur duyur. 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi də ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır. Və bu gün Azərbaycan və Türkiyə dövlətlərinin ordu rəhbərliyi arasında keçirilən yüksək səviyyəli görüşlər, iki ordunun hərbi qulluqçularının iştirakı ilə təşkil olunan təlimlər nəticəsində Azərbaycan Ordusunun güclənməsi və müasir tələblər çərçivəsində qurulmasına yönəlik mühüm işlərə imza atılır. Bir sözlə, önəmli olan odur ki, tarixi köklərə söykənən və fundamenti qarşılıqlı etimad prinsipi üzərində qurulan əməkdaşlıq və tərəfdaşlıq bu gün ən yüksək dövrünü yaşayır.
Yüksək beynəlxalq tribunalardan öz sözünü deyən, milli mənafeyini qoruyan, böyük iqtisadi potensiala malik ölkəmiz İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoyaraq əldə etdiyi Qələbə ilə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. Qürurverici haldır ki, bu gün Azərbaycan ilə Türkiyə arasında münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib. Ölkələrimiz milli maraqlara uyğun beynəlxalq əhəmiyyətli böyükhəcmli layihələrin reallaşmasına birgə səy göstərir. Hərbi sahədə də müttəfiq olan iki qardaş ölkə 2010-cu ildə imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" Müqaviləyə əsasən müstəqilliyin qorunması, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığı istiqamətində bir-biri ilə sıx əməkdaşlıq edirlər. Müqavilənin ikinci maddəsində ölkələrdən hər hansı biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldığı halda, öz imkanları daxilində bütün zəruri tədbirlərin görülməsi məqsədilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri nəzərdə tutulur. Müqavilədə həmçinin, hər iki dövlətin səylərini birləşdirməsi, müdafiə və hərbi-texniki sahədə siyasətlərinin həyata keçirilməsində və silahlı qüvvələri arasındakı əlaqələrin daha da gücləndirilməsində sıx əməkdaşlıq perspektivləri öz əksini tapıb. Bu baxımdan, Cənubi Qafqaz regionunda söz sahibi olan Azərbaycan qardaş Türkiyə ilə birgə beynəlxalq sülhə, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir, sülhü təhdid edən çağırışlara qarşı səylərini birləşdirirlər. Bütün bunların fonunda bir-birinə qarşılıqlı yardım göstərmək, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. Müntəzəm olaraq keçirilən birgə təlimlər isə hər iki ölkənin silahlı qüvvələri arasında təcrübə mübadiləsi, hərbi biliklərin mənimsənilməsi yönündə mühüm əhəmiyyət kəsb edir. Və bu təlimlərin böyük əksəriyyəti hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulan Türkiyə dövləti ilə birgə yerinə yetirilir.
«HƏRBİ TƏLİMLƏR TÜRKİYƏ-AZƏRBAYCAN BİRLİYİNİN, QARDAŞLIĞININ NÖVBƏTİ TƏZAHÜRÜDÜR»
Göründüyü kimi, iki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri də birgə hərbi təlimlərin keçirilməsidir. Bir sözlə, iki ölkənin münasibətləri unikal bir nümunəyə çevrilib. 44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, daha bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövrünün reallıqları da bu gerçəkliyi bir daha təsdiqləyir. "İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi" deyə Prezident İlham Əliyev çıxışında bildirib.
"ŞUŞA BƏYANNAMƏSİNİN İMZALANMASI İLƏ TÜRKİYƏ VƏ AZƏRBAYCAN RƏSMƏN MÜTTƏFİQ OLDULAR"
Masir Azərbaycanın tarixində müstəsna yer tutan hadisələrdən biri də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasıdır. Bu hadisə iki qardaş dövlətin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi şanlı tariximizin ən qürurverici səhifələrindən biridir.
«Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular», - deyən Azərbaycan Prezidenti tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi olduğunu qeyd edib: "Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir".
Bəli, Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib. Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Hərbi və müdafiə sənayesi sahəsində bu gün Azərbaycan-Türkiyə münasibətləri uğurla davam edir. Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçməsi isə təsadüfi deyildi. 44 günlük Vətən müharibəsində Türkiyənin ordu modeli özünün uğurunu bir daha sübut etdi. Və bu gün müdafiə sənayesində önəmli rolu olan şəxslərdən biri də Səlcuq Bayraktardır ki, məhz onun təşəbbüsü ilə bu gün türk hərbi sənayesi dünyanın aparıcı hərbi qüvvəsi hesab olunur.
Bir sözlə, hərbi və müdafiə sənayesi sahəsində bu gün Azərbaycan-Türkiyə münasibətləri uğurla davam edir. Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçməsi təsadüfi deyildi. 44 günlük Vətən müharibəsində Türkiyənin ordu modeli özünün uğurunu bir daha sübut etdi. Bu model hələ uzun illər ərzində Azərbaycan Ordusunun professional inkişafında böyük rol oynayacaq. Prezident İlham Əliyevin dediyi kimi, Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Bütün dünya bilsin ki, Azərbaycan-Türkiyə əməkdaşlığı və qardaşlığı möhkəmdir, sarsılmazdır. Çünki Azərbaycan və Türkiyə təkcə iki dövlət, bir millət deyil - qardaş dövlət, qardaş ordudur!
RƏFİQƏ KAMALQIZI