PDF Oxu

Siyasət

  • 2 146

“Dövlətin və xalqın təşəkkül tapmasında uğurlu kadrlar önəmli rol oynayır” - DEPUTAT ŞƏRH ETDİ

“Dövlətin və xalqın təşəkkül tapmasında uğurlu kadrlar önəmli rol oynayır” - DEPUTAT ŞƏRH ETDİ

“Ölkəmizdə uzun müddətdir ki, dövlət başçısı tərəfindən islahatlar həyata keçirilir. O cümlədən, kadr islahatları da bura daxildir. Biz kadr islahatı dedikdə, yalnız gənclərin dövlət və digər vəzifələrdə irəli çəkilməsi ilə bağlı deyil, daha geniş arealda buna baxırıq. Bütün sahələrdə vəzifələrə təyinatda, doğru və düzgün seçilmiş kadrların müvafiq işlərlə təmin olunması, vəzifələrdə irəli çəkilməsi və bu istiqamətdə dövlət dəstəyinin verilməsi çox vacib məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib. Deputat bildirib ki, sürətlə dəyişən dünyada yeni dəyərlər formalaşır və yeni tələblər var: “Bütün bunlar, xüsusilə də layiqli kadrların vacib vəzifələrdə yer tutması bu gün dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. Ölkə başçısı hər hansı bir məmuru vəzifəyə təyin edərkən, onların qarşısında konkret vəzifələr qoyur.Etiraf etməliyik ki, məmurlar vəzifələrinin öhdəsindən gəlmədikdə də cəzalandırılır, vəzifədən kənarlaşdırılır. Hətta cinayət törədənlər məsuliyyətə cəlb olunur. Bunlar deməyə əsas verir ki, cənab Prezidentin ölkənin hərtərəfli inkişafındakı siyasətində kadr islahatları geniş yer tutur. Dövlətin və xalqın təşəkkül tapmasında uğurlu kadrlar önəmli rol oynayır. Gənclərin vəzifələrdə önə çəkilməsi isə dövlətimizi bu sahədə dünyanın ən öncül ölkələrindən birinə çevirib. Son illərdə bəlkə də Azərbaycan qədər öz gənclərinə dəyər verən başqa bir ölkə tapmaq çox çətin olardı”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər