Siyasət

  • 1 211

"Ermənistan öz evini isitmək üçün evə od vurub yandırır" - ŞƏRH EDİLDİ

image

“Ermənistan özünün işə yaramaz siyasətini qüvvədə saxlamaqla sülh işinə xidmət etmir, əksinə qarşıdurma meyllərini yenidən qaytarır. Bəlkə də bu qaytarır anlayışı düzgün səslənmir, çünki heç zaman bu mövqedən uzaq durmayıb. Sadəcə olaraq artıq özünün xarici havadarlarını da bu prosesə daxil edir, onlar isə Ermənistanın zəif vəziyyətindən istifadə etməyə çalışırlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, Qərb Qafqaz bölgəsində özünün fiziki mövcudluğunu təmin etməyə çalışır: “Bu həm Amerika, həm Fransa, həm də Avropa Birliyinin çoxdankı arzusudur. Çünki Qafqaz bölgəsi Rusiya, İran, Türkiyənin təsiri altında olan bölgədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müharibə qurtardıqdan dərhal sonra “3+3” formatını gündəmə gətirdi. Bu isə əməkdaşlıqlar baxımından çox mühüm addımdır.Ermənistanın oyunbazlığı təhlükəli yanaşmadır. Sanki Ermənistan öz evini isitmək üçün evə od vurub yandırır. Bu səbəbdən də tək Azərbaycan deyil, bütün bölgə dövlətləri bu proseslə bağlı qayğılıdırlar. Təbii ki, həm Rusiya, həm İran, həm Türkiyə, həm də Azərbaycan məsələ ilə bağlı müşahidələrini davam etdirirlər ki, 5 aprel konfransı nə ilə nəticələnəcək görsünlər. Zənnimcə, müsbət dəyişikliklər gözləmək bir qədər əbəsdir. Çünki Ermənistan açıq-aşkar revanşizmi özünün əsas qayəsi sanır. Odur ki, Ermənistanın birmənalı olaraq istəyi sülh yox, müharibədir. Azərbaycan isə öz xəbərdarlıqlarını edib, istənilən təhdidin qarşısı alınacaq”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər