Siyasət

  • 1 623

“Fransanın bu addımı qəbuledilməzdir” - ŞƏRH EDİLDİ

image

“Fransanın Azərbaycana qarşı qəzəbinin arxasında duran əsas səbəb ondan ibarətdir ki, bu dövlət yüz ildən artıq bir müddətdə erməni faşizmini dəstəkləyir və guya onları müdafiə etməklə Şərqdə müsəlmanlara qarşı son qala kimi dəyərləndirmək niyyəti güdür. Fransanın həmsədr olduğu dövrlərdə 44 günlük müharibəyə qədər müəyyən bir formada gizlətməyə çalışsa da, bundan sonra onun əsl niyyəti ortaya çıxdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib. Politoloq vurğulayıb ki, Azərbaycan 44 günlük müharibə və sonrakı dövrlərdə keçirdiyi antiterror tədbirləri nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etməklə bölgədə yeni reallıqlar yaratdı, eyni zamanda öz gücünə 30 il müddətində mövcud olmuş separatçı bir qurumu ləğv etdi: “Təbii ki, Fransanın hazırda bizə qarşı olan əsas problemi Cənubi Qafqazda mövqelərini gücləndirmək üçün Azərbaycanı əngəl olaraq görməsi və ona təsir edə bilməməsidir. Azərbaycan Fransanı danışıqlar prosesində qeyri-konstruktiv davranışına görə kənarda qoydu. Ona görə də Fransa Azərbaycana qarşı düşmən siyasəti aparmaqdadır. Fransanın bədnam xarici işlər naziri dünənki açıqlamasında da Azərbaycana böhtan atmaqla yanaşı, keçiriləcək İqlim Dəyişiklikləri Konfransını da kölgə altına almağa çalışdı”.O.Qasımov sözlərinə davam edərək bildirib ki, tarixi hərbi cinayətlər və murdar müstəmləkəçilik davranışları ilə dolu olan bir dövlətin Azərbaycanı demokratik dəyərlərdən uzaq saymaq kimi cəfəng fikirləri qəbuledilməzdir: “Zəngəzur dəhlizi üzərində nəzarəti ələ keçirməyə çalışan Fransanın bu iddiaları qarşısında dayanan əsas güclərdən biri də məhz Azərbaycandır. Bu baxımdan Fransa birmənalı şəkildə Ermənistanı dəstəkləməyə çalışır. Bununla da Fransa Zəngəzur dəhlizinə nəzarət etmək, Cənubi Qafqazda öz rolunu artırmaqla Azərbaycana təzyiq etmək və Orta dəhlizə nəzarəti ələ keçirmək niyyəti güdür”.
Ləman Sərraf

Digər xəbərlər