PDF Oxu

Siyasət

  • 1 722

“Blinkenin zəngi Azərbaycan dövlət başçısının nüfuzunu göstərən amildir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Blinkenin zəngi Azərbaycan dövlət başçısının nüfuzunu göstərən amildir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Dünən, aprelin 3-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, qarşıda gözlənilən ABŞ, Ermənistan və Avropa İttifaqı rəsmilərinin görüşü barədə məlumat verib. Həmçinin bu görüşün Azərbaycana qarşı olmadığı, bundan başqa görüşün siyasi, hərbi deyil də, iqtisadi xarakter daşıdığı qeyd olunub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. Politoloq bildirib ki, Azərbaycan Prezidenti də son zamanlar Ermənistan tərəfindən göstərilən təhdidlər, Azərbaycana qarşı qarayaxmalar haqqında Blinkenə məlumat verib: “Həmçinin görüşün Azərbaycana qarşı olmaması bildirilib. Burada əsas məqam odur ki, ABŞ dövlət katibi Azərbaycan Prezidentinə zəng edib. Bu birbaşa olaraq cənab İlham Əliyevin siyasi çəkisi, nüfuzunu göstərən amildir. Çünki Cənubi Qafqazın lider ölkəsi məhz Azərbaycandır və dövlətimiz olmadan regionda hər hansı siyasi məsələnin həyata keçirilməsi mümkünsüzdür. Bu nöqteyi-nəzərdən də Blinken Prezident İlham Əliyevlə danışıq zamanı bir daha əmin edib ki, görüşdə yalnız Ermənistana iqtisadi dəstəyin göstərilməsi məsələsi müzakirə olunacaqdır. Biz bunu tam olaraq qəbul etmirik. Çünki Ermənistan Rusiyanın “çətiri” altından çıxmağa çalışır. Bu səbəbdən də özünə daha güclü, etibarlı havadarlar, əməkdaşlar axtarır. Baş tutacaq görüş isə Ermənistanın Rusiyadan qopmasını və Qərbə “söykənmə”sini təmin edəcək. Lakin bundan sonra da Ermənistanın qara günləri başlayacaq. Çünki Rusiya əlində olan bütün imkanlardan istifadə edərək Ermənistanın sonunu gətirəcək”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər