AXCP funksionerlərinin Səlahəddin Demirtaşı və Tale Bağırzadəni “siyasi məhbus” adlandırmaları təsadüfi hesab oluna bilməz
Siyasətdə uğur qazanmaq, nəticə əldə etmək heç də asan deyil. İctimai rəyin hörmətini və nüfuzunu qazanmaq üçün siyasət adamı xüsusi istedada, bilik və bacarığa malik olmalıdır. Əks hal da siyasətə qoşulması səhrada boş-boş veyillənmək kimi bir şeydir. Bəlkə də o insan siyasətə deyil, başqa bir peşənin arxasınca getsə idi, uğur əldə edə və həm ailəsinə, həm də cəmiyyətə xeyir verə bilərdi. Lakin hikkə, iddia, müəyyən dairələrin təsiri altında olması səbəbindən şəxs bacara biləcəyi peşəni deyil, siyasət də olmağı seçir. Bu isə həmin şəxs üçün uğursuz nəticələr, rüsvayçı hallar yaşadır. Təəssüf ki, “Ziyanın yarısından da qayıtmaq xeyirdəndir” deyib, siyasətə əlvida deməlidir. Ancaq bu gün Azərbaycan siyasətində, xüsusi ilə də dağıdıcı müxalif düşərgəsində təmsil olunan və özlərini hər vəchlə siyasətçi kimi təqdim etməyə çalışan şəxslər siyasət sükanından bərk-bərk yapışıb, ondan imtina etmək istəmirlər. Baxmayaraq siyasət də olduğu dönəm də heç bir siyasi uğura, ictimai dəstəyə nail ola bilməyiblər. Əksinə cəmiyyət tərəfindən yanlış və səhv siyasət aparmalarına görə ittiham ediliblər, qınaq obyekti olublar. Yenə də ictimaiyyətin haqlı mövqeyinə nəzərə almayıblar. Ətraflarında olan sağlam düşüncəli insanlar partiyalardan istefa veriblər nəticəsi olmayıb, siyasi təşkilatlar fəaliyyətlərini dayandırıb, ancaq yenə də Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Rəsul Quliyev kimi vartanvaylar əvvəlki qayda da özlərini partiya sədr qismində təqdim etməkdən əl çəkməyiblər. Fikir verin, AXCP və Müsavat adlı siyasi təşkilatlar yarandıqları gündən on dəfələrlə parçalanmaya məruz qalıblar, əski üzvləri tamamilə partiyalardan istefa veriblər, lakin Arif Hacılı, Əli Kərimli, İsa Qəmbər at kimi üzə dirənib, siyasətdən imtina etməyiblər. Əli Kərimlinin daha çox dirəniş göstərdiyini desək səhv etmərik. Çünki bu üzdəniraq məxluqun 2001- ci ildən AXCP sədrliyini zəbt etdikdən sonra bu təşkilatın ağır günləri başlamış və nəticə də partiya tamamilə yarasız hala düşmüşdür.
Əski cəbhəçilər partiyada qalıb, Ə.Kərimlini siyasətin zibilliyinə ata bilərdilər
Bir zaman mərhum AXCP sədri Əbülfəz Elçibəyin yanında olan və partiyanın əsas simaları kimi çıxış edən şəxslər Ə.Kərimlinin partiyanın sədrliyini zəbt etməsindən sonra siyasi təşkilatın sıralarını tərk etdilər. Bəlkə də Fazil, Mustafa, Qulamhüseyn Əlibəyli, Asim Mollazadə, Mirmahmud Mirəlioğlu, Əliməmməd Nuriyev, Mirzə Sakit, Qüdrət Həsənquliyev, Nizami Quliyev, Mikayıl Rəhimov, Söhrab Abdullayev, Vaqif Abışov, Yeganə Mehdibəyli, Yaşar Kələntərli, Dünyamalı İmaməliyev, Fuad Mustafayev, Telman Siyabov, Əli Quliyev və digərləri istefa verməyib, AXCP-də qalsa idilər, partiya ictimai maraqlara cavab verə biləcək və daim dövlətin yanında olmaqla dövlətçiliyin möhkəmlənməsinə tövfələr verə biləcək siyasi partiya ola bilərdi. Ancaq Ə.Kərimlinin sədr kreslosunu zəbt edən kimi üzünü xarici maraqlı dairələrə tutması, fəaliyyətini daha çox Azərbaycanın milli və dövlətçilik maraqlarına zərbə vurmaq üzərində qurması əski cəbhəçiləri partiyadan istefa verməkdən başqa çıxış yolu qoymadı. Bu həm də onların zəifliyi və iradəsizliyi idi. Çünki partiyada qalıb, Ə.Kərimlini siyasətin zibilliyinə ata bilərdilər. Ancaq bunu da etmədilər, görünür abır və həyalarına sığındılar, Ə.Kərimli kimi həyasız və arxasını məkrli dairələr söykəmiş məxluqa baş qoşmaq istəmədilər. Məhz əski cəbhəçilərin cılız, yarasız ünsürlərlə əvəzlənməsi Ə.Kərimlinin əl qolunu bir qədər də açmasına imkanlar yaratdı.
AXCP siyasi təşkilatdan çox, dərnək funksiyasını daşıyır
Bu gün AXCP adlı dərnək və onun başında dayanan Əli Kərimli ölkəmizin maraqlarına zərbə vurmaq və bununla da xarici ağalarından “malades” almaq üçün hər cür vasitə və üsullardan istifadə edir. O dərəcə xarici ağalarına bağlıdır ki. bütün dünya azərbaycanlıları erməni terrorunun dayandırılması və torpaqlarımızın işğalının aradan qaldırılması üçün birlik və bərabərlik nümayiş etdirdiyi halda bu məxluq erməni maraqlarına xidmət edən mövqe sərgilədi. Vətən Müharibəsi dönəmində bütün siyasi, ictimai təşkilatlar beynəlxalq təşkilatlara erməni terror maşının dayandırılamsı və dinc insanların raket atəşinə tutulmasına qarşı təsirli tədbirlər görməyə çağıran müraciətlər ünvanlayan da, bəyanatlar səsləndirən də Ə.Kərimli Koçaryan, Sarkisyan, Ohanuan kimi separatçı mövqe sərgilədi, heç bir müraciətə qoşulmadı, bəyanlarla çıxış etməkdən imtina etdi. Hətta utanıb çəkinmədən böyük qələbədən sonra qəhrəman əsgər və zabitlərimizi hədəf seçən açıqlamalarla çıxış etdi. Bu azmış kimi internet TV-lərin birinə verdiyi müsahibəsində “Qarabağda əldə oluna zəfər Koçaryanın, Sarkisyanın torpaqlarımızı işğal etmələrindən artıq ola bilməz” deyə bildirdi.
Bu kimi faktlar təsdiq edir ki, Ə.Kərimli Azərbaycan xalqından ayrı düşüb və dövlətçiyə zərbə vurmaq üçün şeytanla da əməkdaşlıqdan çəkinmir. Əgər belə olmasa idi, Gəəncə hadisələrinə haqq qazandırmazdı, Nardaranda baş verən olayları “insanların özəl hüquqlarıdır” deyə bildirməzdir. Mətbuata, İnternet TV-lərə müsahibələrində Ə,Kərimli fars-molla rejiminin əmmaməli mollarının əlini öpən “Müsəlman Hərəkatı Birliyi”nin sədr Tale Bağırzadəni müdafiə edir, onları “siyasi məhbus” kimi təqdim etməyə çalışır. Halbuki, “Müsəlman Hərəkatı Birliyi”nin lideri Tale Bağırzadə və onun ətrafında olanlar fars-molla rejiminin müəyyən şəxsləri əlaqələrinin olduğunu gizlətmir və Azərbaycanda “şəriət rejimi” qurmaq istədiklərini açıq şəkildə bəyan ediblər. Bu təşkilat ölkə əhalisini terrorla, qarşıdurmalarla hədələyirdi. Əli Kərimli bu xislət daşıyıcılarını müdafiə etməklə eyni əqidəni bölüşdüyünü və onlarla həmfikir olduğunu nümayiş etdirir.
Seymur Həzinin Türkiyədə “PKK” funksionerləri ilə görüşməsi təhlükəli məsələlərdən xəbər verir
Görünən ondan ibarətdir ki, AXCP-nin siyasi yönümü terrorçuluğa, qarşıdurmalara hesablanıb. Bu yaxınlarda AXCP sədr müavini, Ə.Kərimlinin aparıcı trollarından olan Seymur Həzi Türkiyyədə olarkən “PKK” lideri Abdulla Ocalanın və “PKK” -nın radikal qolu hesab olunan “HDP”-nin sədri Səlahəddin Demirtaşın yaxın ətrafı ilə görüb. Daha doğrusu S.Həzi növbəti dəfə terrorçu təşkilatların nümayəndələri olan Zahid Xəlil, Murad Qaraçöp, Gündüz Özdəmir və Hakan Kurdi ilə görüşməsi və Ə.Kərimlinin salamını onlara çatdırması, AXCP ilə sözügedən terror təşkilatları arasında əməkdaşlığın yeni mərhələsi başladığını göstərir. Xatırlatmaq lazımdır ki, Almaniyalı deputat Frank Şveber Azərbaycanın AŞ PA - da səsvermə hüququnun məhdudlaşdırılması layihəsini irəli sürərkən hazırda həbsdə olan, lakin hələ də “HDP”-yə sədrlik edən Səlahəddin Demirtaşın adamı Frank Şveberə mövqeni müdafiə etmişdir. İndi isə Ə.Kərimlinin əsas trolu Seymur Həzi terror təşkilatı olan və Frank Şvebereə Azərbaycanla bağlı mövqeyinə haqq qazandıran “HDP”—dən olan deputatla görüşür və onunla gizli məsələləri müzakirə edir. Hətta S.Həzi “PKK”ıçı və “HDP”-çı dostlarına xoş gəlmək üçün “HDP”-nin sədri Səlahəddin Demirtaşın əsassız yerə həbs olunduğunu bildirir və istər Abdulla Ocalanın , istərsə də “HDP”-nin sədri Səlahəddin Demirtaşın “siyasi məhbus” olduğunu qeyd edib. Bu kimi faktlar təhlqkəli oyunlardan xəbər verir. Çünki Türkiyə də fəaliyyət göstərən müxalif təşkilatlar, siyasi partiyalar Səlahəddin Demirtaşın terrorçu qurum rəhbəri olduğunu qeyd edir və onun həbs olunmasını qanunun tələbi olduğunu bildirirlər. Belə hal da AXCP funksionerlərinin terrorçuları “qəhrəman”laşdırmağa çalışmaları gözlənilən təhlükələrdən xəbər verir. Ən azı Ə.Kərimli “PKK” və “HDP” vasitəsi ilə ölkəmizdə terror hadisələri törədilə bilər. Düzdür Azərbaycanda möhkəm dayaqlara malik ictimai siyasi sabitlik mövcuddur. Bununla belə cəmiyyət ayıq sayıq olmalı, Azərbaycan hüquq –mühafizə orqanları tədbirləri gücləndirməlidir. Onu da nəzərə almaq lazımdır ki, Əli Kərimlinin digər müavini Fuad Qəhrəmanlı sosial şəbəkə də paylaşdığı statusunda İsrailin Suriyada konsulluğu bombalaması nəticəsində fars -molla rejiminin iki generalının və əsgərinin öldürülməsini beynəlxlaql hüququn pozulması kimi qiymətləndirib və əmmaməli mollara öz dəstəyini nümayiş etdirib. Bununla Ə.Kərimli həm də fars-molla rejimindən dəstək almağa çalışır. Məhz AXCP-nin terrora meyil edən siyasətə üstünlük verməyə başladığından Azərbaycan vətəndaşları ehtiyatlı olmalı və tədbirli davranmalıdırlar.
İLHAM ƏLİYEV