Keçmiş sovetlər birliyi tənəzzülə uğradıqdan və digər respublikalarla bərabər Azəebaycan da öz müstəqilliyini bəyan etdikdən sonra beynəlxalq aləmdə bərqərar olmaq, suveren bir ölkə kimi beynəlxalq birliyin tam hüquqlu üzvü olmaq yolunda inamla irəliləməyə başladı. Müstəqilliyin ilk illərində buraxılan boşluqlar, səriştəsiz və praqmatik olmayan yanlış xarici siyasət Ulu Öndər Heydər Əliyev tərəfindən zərgər dəqiqliyi ilə işlənib hazırlanmış yeni siyasi kursla zaman-zaman aradan qaldırılmaqla ölkə beynəlxalq aləmdə ilbəil yerini möhkəmləndirdi və dünyanın əksər dövlətləri, xüsusən də ABŞ və Aİ ölkələri ilə balanslaşdırılmış, qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu əlaqələrini möhkəmləndieməyə başladı. Heç şübhəsiz, 1994-cü ilin sentyabrında imzalanan Əsrin Müqaviləsi və bundan sonrakı digər beynəlxalq meqalayihələr həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən əhəmiyyətli tarixi rol oynadı. Lakin az keçmədi ki, qərb dövlətləri keçmiş sovet respublikalarından “demokratik” dəyərlərlə bağlı vaxtı yetişməmiş və ya milli dəyərlərimizə hayqırı tələblər irəli sürməyə başladılar.
Görkəmli ingilis siyasi və dövlət xadimi Çörçillin bir fikrini xatırlatmaq istərdim: “Demokratiya cəmiyyətin idarə olunmasında heç də ən yaxşı metod deyil. Ancaq hələ ku, bəşəriyyət bundan yaxşısın icad eləmiyib...” Çörçillin bu fikri tam yerində deyilmiş qiymətli kəlamdır. Əvvəla demokratiyanın bir konkret tərifi var: dövlətin idarə edilməsində xalqın iştirakı, cəmiyyətin idarə edilməsində aşağı təbəqənin rəyinin nəzərə alınması, söz və mətbuat azadlığı! Qısa və konkret! Söhbət xalqın, milli toplumların idarə edilməsində xalqın iştirakını nəzərə almaqdan gedirsə, bu yerdə hər bir xalqın milli dəyərləri, milli mentaliteti və milli xüsusiyyətləri hökmən nəzərə alınmalıdır. Əks-təqdirdə millət öz milliliyindən uzaqlaşar ki, bu da daha mənfi tendensiyalara səbəb ola bilər.
Yaxın keçmişimizdə, 1990-cı illərin ortalarında demokratiya mövzusu mətbuatda və televiziyalarda gündəlik geniş müzakirə olunan mövzulardan birincisi idi. Bir sıra qərbpərəst siyasətçilər Azərbaycanda məhz qərbin demokratik dəyərlərinin inikasını istəyir və bunun uğriunda mübarizə aparırdılar. Məhz bu mübarizənin ən öncüüllərindən biri olan, indi əri Ariflə avropada oturub Azərbaycanın tarixi qələbələrini qəsbkarlıq kimi təqdim etməyə çalışan Leyla Yunus adlanan bir zat o zaman ANS telekanalında boğazını yırtırdı ki, demokratiyanın millisi olmur. Yaxşı xatırlayıram onun rusca səsləndirdiyi “Demokratiya ne mojet bıt natsionalnı, ili mejdunarodnı. Demokratiya yest demokratiya. Libo on yest, libo on net!”cümləsini. Ancaq mühafizəkarlar kimi tanınan əksər siyasətçilər qərbin demokratik dəyərlərinin olduğu kimi Azərbaycana tətbiq edilməsinin əleyhinə idilər. Təbii olaraq xalqın, cəmiyyətin dövlət idarəetməsində fəallığını artırmaqla yanaşı, milli mental dəyərlərə uyğun gəlməyən bir sıra prinsiplər rədd edilirdi. Dövlət idarəetmə aparatı cəmiyyətdən gələn bütün bu sifarişləri nəzərə alaraq ölkədə demokratik cəmiyyətin qurulması, lakin qərbin bir sıra demokratiya pərdəsi altında maskalanan dəyərlərinin ölkəmizə transferinə imkan verməməyə çalışırdı.Bu mübarizənin getdiyi həmin dönəmdə türkiyədə bir kitab nəşr edildi: "Azərbaycanda demokrasi: addım-addım təslimiyyat". Çoxları kimi mənim də diqqətimi çəkən bu kitabı tam oxuyub birtirdikdən sonra bir sıra qaranlıq məqamlara aydınlıq gəldi. Kitabın yazılmasında əsas məqsəd Azərbaycan xalqını qərbin demokratiya oyunlarına çox da aludə olmamağa, “demokratiya” adı altında Azərbaycanı qərbin təsir dairəsinə sürükləməyin başlıca məqsəd olduğunu və belə biy siyasi oyunda təslimçiliyə aparan yolda ehtiyatlı davranmağın vacibliyini Azərbaycan türklərinə anlatmaqdan ibarət idi. Qərb “demokratiya”sını Azərbaycana ixrac etmək istəyən ABŞ və Avropa institutlarının Azərbaycanda hansı QHT-yə, hansı media qurumuna nə qədər vəsait ayırdığı da həmin kitabda faktlarla əks edilmişdi və məlum oldu ki, qərb istəklərini Azərbaycanda reallaşdırmaq üçün həmin QHT-lərdən və media qurumlarından maşa kimi yararlanır. Məhz dövlətin, siyasi elitanın qətiyyəti, müdrikliyi, səbr və təmkini on illər boyu aparılan “qərb demokratiyası” oyununun iflasına gətirib çıxardı və nəticədə o zaman qərb dairələrində təlimat alan çox siyasilər, vətəndaş cəmiyyəti institutları yanlışlıqlarının fərqində oldular.
Mənim həm o zama, həm də bu ğun şəxsi düşüncəmə görə bütün digər sahələrdə olduğu kimi, demokratik cəmiyyətin qurulmasında da xalqın, cəmiyyətin milli mental dəyərləri mütləq nəzərə alınmalı və özünün demokratiya modelini yaratmalıdır. Əks-təqdirdə mental dəyərlərə əsaslanmayan, anarxiyaya aparıb çıxaracaq qərb mentalı üzərində formalaşan bir demokratik cəmiyyət ciddi fəlakətlərlə üz-üzə qalacaq ki, bunun rüşeymlərini müstəqilliyimizin ilk illərində gördük.Tək bir faktı nümunə göstərəcəm. Qərb ölkləri cinsi azlıqlarlın hüquqlarını tanıyır, hətta eynicinslilərin evliliyini normal qarşılayır. Bu “dəyər” bizdə tətbiq olunmalıdırmı? Tətbiq olunarsa nələr baş verər, təsəvvür edirsinizmi? Məsələn, cinsi azlıqlar məsələsini demokratiya adı altinda qəbul etməliyikmi?..Yaxud, min illərdi formalaşan ailə institumuzu qərbin anormal ailəçilik fəlsəfəsinə qurban verməliyikmi?..
Dediklərimizdən çıxan nəticə odur ki, ABŞ və Aİ demokratiya, insan haqları, qloballaşma şüarları altında özünün regional geosiyası maraqlarını təmin etməyə çalışırlar. Belə olmasaydı özgə torpaqlarını işğal etmiş, insanların ən ali hüququ olan yaşamaq hüququnu əlindən almış, milyonlarla insanın yüz illər boyu qurub-yaratdıqlarını məhv etmiş, körpə, qoca, qadın olmasına baxmayaraq qarşısına keçən mülki insanları qətlə yetirmiş, ərazilərə ölüm kabusu olan minalarla hasar çəkmiş bir toplumun bu qədər ədalətdən və vicdandan uzaq düşərək müdafiəsinə qalxan qərb dövlətləri az da olsa ədalət tərəzisinə göz yetirərdi. Ədalət olmayan yerdə isə demokratiyadan, insan haqlarından danışmaq, sadəcə gülünc görünür. Demokratiya mövzusunu ona görə bir az geniş şərh elədim ki, ABŞ-nin və Aİ-nin Azərbaycandan istədikləri hər zaman məhz demokratik cəmiyyət prinsiplərinə əməl olunmasını tələb etmək olub (Əlbəttə, alt qatda gizlənən niyyətlərindən də xəbərdarıq – T.N.). Bu gün Azərbaycan demokratiya adı altında qərbin bizə ixrac etmək istədiyi bir sıra iyrəncliklər istisna olmaqla, tam demokratikləşmiş bir cəmiyyətdir. Bunun üzərində çox da dayanmağa lüzum görmürəm. Xırdalasaq çox vaxt aparar. Necə deyərlər, görünən dağa nə bələdçi?
Demokratik Azərbaycanda indi nə axtarır, və ya indi nələrini sırımaq istəyir bizə ABŞ və Avropa İttifaqı? Otuz il ərzində dünyanın ən nəhəng güclərinin həllini boynuna götürdükləri, ancaq həllinə yaxın düşə bilmədikləri, sonda balaca ölkə olan Azərbaycanın özünün həll etdiyi münaqişənin sonuclanmasından hiddətləniblərmi? Sadəcə qürurlarına sığışdıramı bilmirlər ki, kiçik bir ölkə onların otuz ildə həll etmədikləri,(Yəqin ki, həll edtmək istəmədikləri – T.N.) düyünlənmiş bir problemi kiçik bir ölkənin cəmi 44 günə həll etməsini həzm edəmi bilmirlər? Faşist təbiətli bir terrorçu tayfanı himayəsinə alan firənglərin sözü Avropada o qədərmi keçərlidir ki, bütün haqqı, ədaləti, vicdanı, beynəlxalq hüquqları ayaqar altına alıb xincım-xıncım etməkdən çəkinmirlər? Yer kürəsinin azad fikirli bir sakini olaraq şəxsən hansısa ölkənin hansısa bağqa bir ölkə ilə görüşlər keçirməsinə, istədikləri mövzuda müzakirələr aparmasına, birinin digərinə yardım etməsinə normal yanaşır və burda hansısa mənfi tendensiya axtarmağa lüzum görmürəm. Ancaq məqsəd, məram hansısa ölkəyə qarşı addımlar atmaqdan ibarətdirsə və bu addımlar qeyri-obyektivliyə, ədalətsiz yanaşmaya, beynəlxalq hüququn prinsiplərinin pozulmasına yönəlirsə, burda susmaq və belə görüüşləri, danışıqları normal qəbul etmək , sadəcə mümkün deyil. Çox, həm də çox qəribədir, ərazisinin 20 faizi darmadağın edilmiş, minalanmış, işğala məruz qalmış Azərbaycana heç bir dəstək verməyən ABŞ və Aİ bu əməlləri törətmiş terror ruhlu bir ölkəyə, Ermənistana miyardlarla dollar yardım etməyə hazırlaşır. Budumu qərbin ədalət prinsipi? Hələ utanmaz-utanmaz Aərbaycanın dövlət başçısına da telefon açır ki, narahat olmayın, bu görüş Azərbaycana qarşı yönəlik məsələlərin müzakirəsinə həsr edilməyib! Həyasızlığın zirvəsimi deyək, yoxsa bizi ağılsız yerinə qoymaqmı, bilmirəm. Əgər birincisidirsə, həyasızlığın ömrü bizdə 40 gün çəkir. Yox ikincidirsə, adama deyərlər axmaq özansən, necə ki, Azərbaycanın dövlət başçısı mədəni, diplomatik etika çərçivəsində bunu dedi. Əgər məqsəd Qafqazda Sülh (İnanan daşa dönsün-T.N.) yaratmağa yardımdan gedirsə, bunu Qafqqzın bütün parametrlərinə görə ən güclü və böyük dövləti olan Azərbaycansız edə bilməzsən. Məhz bölgənin ən güclüsünü bir kənarda saxlayıb, faktiki vassal layihə-dövlət kimi daim xaricdən dilənməklə əhalisini saxlayan bir ölkə ilə regionun məsələlərinin müzakirəsi aparılırsa, bu yerdə torbanı eşəliyib orda pişik olub-olmamasını axtarmağa da ehtiyac yoxdu. Pişiyin quyruğu torbadan çıxıb, dünyanın gözünü deşir. Qorxun ki, pişiyin o quyruğunu kəsib əvvəl burdakı layihənizin (Oxu: Ermənistanın-T.N.)başçılarının, sonra da böyük bacısı Makronun gözünə soxaq...
Qəribə həm də nədir, bilirsiniz? Son məlumatlara görə dünyanın ən nəhəng iqtisadi gücünə malik olan ABŞ-nin xarici borcu 35 trilyona yaxınlaşıb. Ümumdaxili məhsulundan dəfələrlə artıq borcu olan ABŞ Rusiya-Ukrayna, İsrail-Həmas savaşlarına, Tayvana, Afrikanın bəzi ölklərinə, indi də Qafqazda “yazıq” ermənilərə iqtisadi yardım etməkdə marağı nədir görəsən? Keçəldi, dərman bilir, öz başına yaxsın. Daha keçəlinin altında gizlətdiyi buynuzunu çıxarıb ora-bura niyə vurnuxur? Mən nikbinəm. Nikbinliyimin əsaslı səbəbi də var. Azərbaycan dövləti bu gün möhkəm iradəyə, dəyantəə, səbr və təmkinə, qətiyyətə, diplomatik bacarığa malik qüdrətli şəxsiyyətin rəhbərliyi altında idarə olunur. Belə xaricdən hazırlanan çox oyunların da məhz onun qətiyyəti sayəsində alt-üst olduğunun dəfələrlə şahidi olmuşuq. Qoy ABŞ də, Aİ də, lap elə sözü ağzından, yoxsa hansısa başqa orqanından havaya sovuran Makron da oyun qurmaqda olsunlar. Çox oyunları pozan fateh-lider İlham Əliyev bunu da pozacaq və buna qətiyyən şübhəm yoxdur. Qaldı, indiki geosiyasi oyunların tüğyan etdiyi bir zamanda Azərbaycanın gedəcəyi yola, o da məlumdur: Yolumuz “QIZIL ALMA”yadır. Çingiz xanın Qızıl Ordasının, Şah Xətainin Qızılbaşlarının və Ərtoğrul Qazinin Osmanlısının birgə əkdikləri, bu gün becərməkdə olduğumuz və yaxın gələcəkdə barını dərəcəyimiz QIZIL ALMA! Kainatın ən böyük tuzaqquranlar qənimi olan rəbbim bu yolda bizə yar və yardımçı olsun. Axı türklər rəbbin vuran qoludur və nə zaman dünya nizamından çıxırsa, rəbbim türklərin vasitəsilə onu nizama qaytarır. Yenə o zaman gəlib. Rəbbim məhz türkün əli ilə dünyanı yenidən nizama qaytaracaq, İNŞAALLAH!
Təhmasib Novruzov
Azadlıq Hərəkatçıları İctimai Birliyin sədri, yazıçı-publisist