PDF Oxu

Siyasət

  • 2 091

"Konkret standartlardan danışmaq doğru deyil" - MÖVQE BİLDİRİLDİ

"Konkret standartlardan danışmaq doğru deyil" - MÖVQE BİLDİRİLDİ

“İnsan hüquqlarının qorunması dünya standartlarında qəbul olunmuş insan haqları bəyannaməsində əks olunur. Bunun müdafiəçisi kimi isə demokratik dövlətlər çıxış edirlər. Amma həmin ölkələrin özlərinin yaratdığı insan faciələri təkrarolunmaz faciələrdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Deputat bildirib ki, İraq, Suriya, Yaxın Şərqdə baş verən insan faciələrinin də səbəbkarı məhz sözügedən ölkələrdir: “Bu səbəbdən də hüquqların müdafiəsinin müəyyən bir standartı yoxdur. İnsan hüquqlarının standartı ilk növbədə insanın yaşamaq hüququnun təmin olunmasına uyğun gəlməlidir. Amma insanların böyük əksəriyyətinin yaşamaq hüququ yoxdur və bu da dünyada kifayət qədər ciddi problem yaradır. Bu səbəbdən də Azərbaycanda insanların təhlükəsiz yaşamaq hüququ özünü göstərir. Digər demokratik hüquqlar da özlüyündə həyata keçməsi mümkün olan hüquqlardır. Hər ölkədə ideal insan haqları standartları və ya parametrləri yoxdur.Əsas məsələ odur ki, sülh və təhlükəsiz şəraitdə yaşamaq mümkün olsun. Bu danışılanlar fonunda birinci şərtdir. Yəni, Fələstində seçib-seçilmək hüququnun verilməsinin bir mənası qalmır. Çünki bu və ya digər formada oradakı insanların can güvənliyi yoxdur. Bu baxımdan da insan hüquqları ilə bağlı konkret standartlardan danışmaq doğru deyil. Əsas odur ki, məsələnin müəyyən dərəcədə konstitusion əsasları var və bunlara əməl olunur”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər