"ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək bu gün Brüsseldə keçiriləcək üçtərəfli görüş barədə məlumat verməsi yüksək qiymətləndirilməlidir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov parlamentin bu gün keçirilən plenar iclasında deyib."Bu, Prezident İlham Əliyevin dünyadakı nüfuzundan xəbər verir. ABŞ və Avropa İttifaqı rəsmiləri bildirib ki, bu görüşdə sadəcə iqtisadi məsələlər müzakirə ediləcək. Lakin gedişat onu göstərir ki, burada Azərbaycanın rəyi nəzərə alınmadan bəzi məsələlərin müzakirəsi gündəmə gələ bilər",- deyə o əlavə edib.