"Son zamanlar Ermənistan Azərbaycanla sərhəddə qoşun yığır, müəyyən təxribatçı addımlar atır. Məni bu məsələdə İranın susqunluğu narahat edir. İran müharibə dövründə deyirdi ki, Zəngəzura girmək olmaz, Ermənistanda konsulluq açırdı". SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov səsləndirib.“Sərhəddə Aİ müşahidə missiyası var, amma İran vasitəsilə Ermənistana silah daşınır. İran bəs niyə susur? Bəs İran bilmir ki, bu silahlar Azərbaycan yox, İran üçün yığılır? İran parlamentində həpəndin biri deyir ki, Azərbaycandakı İsrail səfirliyini bombalamaq lazımdır. İsrailin 150-dən artıq ölkədə səfirliyi var, niyə gözünüz Azərbaycandakı səfirliyi görür? İranın gücü çatır, ABŞ-dakı İsrail səfirliyini bombalasın, Rusiyadakı, ərəb ölkələrindəkini bombalasın. Niyə Azərbaycan? İndi hər kəs öz mövqeyini ortaya qoymalıdır”,- deyə o əlavə edib.